7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


10.09.2025  18:09 

İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?





A+  A-

Quru sərhədləri bağlı olduğu halda, ölkədəki xarici vətəndaşlara qeydiyyatda olduqları ölkələrə hər üç aydan bir mütləq şəkildə “torpaq-bastı” hökmü tətbiq olunur. Əks halda – deportasiya.

Amma çox mühüm bir məqam unudulur: bu qərardan ən çox zərər çəkənlər fəhləliklə məşğul olan, imkansız etnik azərbaycanlılardır.

Sadə işçi, usta, çoxuşaqlı ailə sahibi soydaşlarımız məcbur qalaraq hər üç aydan bir od qiymətinə təyyarə bileti almalıdırlar.

Məsələn, Gürcüstandan gələn bir fəhlə qazandığı qəpik-quruşla ailəsini (3-4-5 nəfər) mütəmadi olaraq Gürcüstana aparıb-gətirməyə məcburdur.

Pandemiyadan əvvəl belə bir problem yox idi – çünki quru sərhədlər həm əlçatan, həm də münasib qiymətə idi. İndi isə bu yazıq insanlar necə etsin? İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?

Ən azından bu qaydanı ildə bir dəfə tətbiq etmək olmazdımı ki, soydaşlarımız çətin durumda qalmasın?

Niyə insan yönümlü yanaşa bilmirik axı?

P.S. Quru sərhədlərdən ölkəni tərk etmək mümkündür, amma geri dönüş yalnız təyyarə ilə mümkündür!

Murad Arif


Xəbər 3354 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +