Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb





A+  A-

2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artaraq 1097.3 manat təşkil edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2025-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1770.8 min nəfər olmuş, onlardan 864.2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.3 faizi təhsil, 13.8 faizi sənaye, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.7 faizi tikinti, 6.3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3 faizi maliyyə və sığorta fəaliyyəti, 14.8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Xəbər 1120 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +