Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?
Tanınmış şərhçi vəfat etdi -FOTO
Bu ölkədə gəmi batdı, xarici vətəndaş öldü
DİN Astarada əməliyyat keçirib
Əliyev-Putin görüşü ilə bağlı... - ŞƏRH
Düşənbədə Putinlə Əliyev arasında görüş başa çatıb
Ronaldonun sərvəti 1 milyard dolları ötüb
Təyyarə qəzası ilə bağlı məmurların hərəkətlərini araşdırırıq - Putin
İlham Əliyev: Bu işi şəxsi nəzarətinizdə saxladığınız üçün...
İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir


30.07.2025  09:19 

Qazaxıstan-Türkiyə birgə layihələr həyata keçirəcək





A+  A-

Qazaxıstan hökuməti türk sahibkarları üçün xüsusi güzəştlər təqdim etməyə hazırdır

XəzərNews.az bildirir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib: “Hazırda Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə hər il Türkiyəyə 1,4 milyon ton qazax nefti nəql olunur. Biz neftin tədarük həcminin artırılması məsələsini müzakirə etdik və “Türkiye Petroleum” şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayırıq. Eyni zamanda, biz türk şirkətlərinin sərmayə imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsində təcrübəsindən faydalanmaqda maraqlıyıq”. Dövlət başçısı əlavə edib ki, iri layihələrin birgə həyata keçirilməsinə hazırdırlar: “Orta Dəhliz kimi tanınan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı da böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs hər iki ölkənin maraqlarına cavab verir”.
Qazaxıstan dəmir yolunun modernləşdirilməsini, avtomobil yollarının tikintisini və Xəzər dənizində gəmiçiliyin fəallaşdırılması üçün infrastrukturun yenilənməsini həyata keçirir. Türkiyəli investorları bu layihələrdə fəal iştirak üçün dəvət edirik. Hökumətimiz türk sahibkarları üçün xüsusi güzəştlər təqdim etməyə hazırdır” – deyə Prezident bəyan edib.


Xəbər 697 dəfə oxunub.




09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +