Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


29.07.2025  10:25 

Bu məmurun evi YANDI





A+  A-

Zaqatala rayonunun Bəhmətli kəndində fərdi yaşayış evində yanğın olub.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Bəhmətli kəndində Oruc Dursunəli oğlu Qaraxanova məxsus ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evində yanğın olub.

Yanğın nəticəsində evin 140 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ev sahibi Oruc Qaraxanov Zaqatala Rayon İcra Hakimiyyəti başçının Zaqatala şəhər üzrə nümayəndəsidir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Zaqatala rayonunun Bəhmətli kəndində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 140 kvadratmetr sahədə yanıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər 530 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +