Ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı
Xanım müavin işdən çıxarıldı
Prezident İlham Əliyev Düşənbəyə səfər edib
Azərbaycanlı Gürcüstanda saxlanıldı
Yaşlı qadınlar ərazidə, gənc xanımlar ofislərdə... - “Azəriqaz”a ittiham
Müdafiə üzərində işləyirik - Vladimir Putin
Rusiya Qəbələ sammitini niyə hədəfə alıb?
Putin və Əliyev Düşənbədə görüşəcək
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb
DTX rəisi itkin kimi qeydiyyata alınanların sayını açıqladı


09.04.2024  15:22 

“Diaspor təşkilatlarına informasiya dəstəyi verilərsə...” - Rəhman Quliyev





A+  A-

“Diasporumuzun işi qənaətbəxşdir və diaspor təşkilatları azərbaycanın suverənliyi, dövlətçiliyi üçün əllərindən gələni əsirgəmirlər”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV- yə açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib. Onun sözlərinə görə diasporumuzun üzərinə diplomatik korpuslarımız qədər böyük məsuliyyət düşür:

“Şərqi Zəngəzurda və Qarabağda - Zəngilan, Laçın, Füzuli, Xocalıda 4 böyük hava limanının istifadəyə verilməsi turistərin cəlb olunmasına böyük töhfə verə bilər. Bu məsələdə diasporlarımızın üzərinə böyük iş düşür. Diasporun keçirdiyi beynəlxalq tədbirlərdə Azərbaycan turizm infrastrukturlarının tanıdılması qarşıda duran vacib məsələlərdən biridir. Eyni zamanda diaspor təşkilatları və üzvləri çıxış etdikləri bütün tədbirlərdə, turizmlə bağlı çıxış etmələri zəruridir”.

R.Quliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artması və masada söz sahibi olması turizm potensialımızın yaxşılaşmasına böyük təsir göstərir:

“Ölkə rəhbərliyinin apardığı uğurlu xarici, iqtisadi siyasət və eyni zamanda diplomatik korpus və diasporumuzun fəaliyyəti onu deməyə əsas verir ki, Azərbaycanı turizm ölkəsi kimi tanıdaq”.

Ekspertin sözlərinə görə, turizmin tanıdılması üçün diaspor təşkilatlarına informasiya dəstəyi verilsə, daha yaxşı nəticələr əldə etmək mümkündür:

“Azərbaycanın turizm potensialının dünyaya tanıtmaq üçün bütün lazımi vasitələrdən istifadə etməliyik. Eləcə də turizm şirkətləri ilə diaspor təşkliatları arasında informasiya mübadiləsinin aparılmasına zərurət var”.

Həsən Hüseynov
Diaspora.TV



Xəbər 4050 dəfə oxunub.




09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +