7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


07.10.2025  00:04 

Azərbaycanda inqilab havası yaradan qəzet - VİDEO





A+  A-

“Sabir Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı Azərbaycanın ilk müstəqil, demokratik qəzeti olan "Azərbaycan"ın ilk nömrəsinin oxuculara çatdırılmasının 36 illiyinə həsr olunub.

XəzərNews.az xəbər verir ki, verilişin müəllifi, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, sovet dönəmində belə bir qəzetin çap olunması gözlənilməz bir hadisə idi. Onun sözlərinə görə, bundan 2 il sonra isə Azərbaycan öz müstəqilliyi ilə bağlı konstitusiya aktını qəbul elədi.

S.Rüstəmxanlı qeyd edib ki, "Azərbaycan" adını daşıyan ilk mətbuat orqanı 19-cu əsrdə Güney Azərbaycanda olub. Bu mətbu orqanından əlavə hazırda 36 yaşını qeyd edən "Azərbaycan" qəzetinə qədər daha 2 eyniadlı qəzet işıq üzü görüb.

Birincisi 1918-20-ci illərdə dərc olunub. Onun tam küllüyyatı 20 cilddə müasir əlifba ilə işıq üzü görüb. Qəzetin ilk nömrəsi Gəncədə çapdan çıxıb. "Azərbaycan" adında ikinci qəzetimiz isə 1945-46-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin qəzetidir və Seyid Cəfər Pişəvərinin redaktorluğu ilə çap olunub.

Bəs 3 eyniadlı qəzeti bir-birindən fərqləndirən və bir-birinin sələfi edən məqamlar nələrdir? Millət vəkili Sabir Rüstəmxanlı "Azərbaycan" qəzeti və eyniadlı digər 2 qəzetlə bağlı diqqətçəkən, milli kimliyimiz üçün önəm daşıyan məqamlara toxunub.

Ətraflı videoda:



Xəbər 2870 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +