Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


10.11.2022  15:45 

“Belə bir şey olacağını hesab etmirəm”





A+  A-

“Əli İnsanovun həbs olunarkən müsadirə edilmiş mülklərini geri qaytarmaq məqsədilə cənab Prezident İlham Əliyevi dəstəklədiyini düşünmürəm”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu gün Azərbaycanda cənab Prezidentin apardığı siyasəti dəstəkləməyən insan yoxdur:

“Dəstəkləməyənlər o insanlardır ki, onlar erməni dəyirmanına su tökürlər, xaricdən maliyyələşir, erməni təbliğatına xidmət edirlər. Buraya Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, “Milli Şura” deyilən anti-milli qurum, xaricdə “bloqer” adı altında fəaliyyət göstərən, Azərbaycan mənəviyyatına, əxlaqına zidd hərəkətlərlə, fəaliyyətlərlə məşğul olanlar daxildir. Digər siyasi partiyalar, ictimai təşkilatlar, insan hüquqları cəmiyyətləri – hamısı cənab Prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyir”.

Deputat Prezident İlham Əliyevin son bir ay müddətindəki fəaliyyətinə diqqət çəkib: “Cənab Prezident təkcə bir ayda ən azı 6-7 beynəlxalq tədbirdə iştirak edib, ən yüksək səviyyədə Azərbaycanın maraqlarını təmsil edib, hər yerdə Ermənistanın törətdiyi əməlləri gündəmə, dövlət başçıları səviyyəsində müzakirəyə çıxarıb. O cümlədən ölkə daxili iqtisadiyyatın inkişafı, sosial problemlərin həll edilməsi, müstəqillik dövrünün ən böyük büdcə layihəsi. Dünyada bu qədər müharibələr gedir, xəstəliklər, böhran var, buna baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Bütün bunların başında duran Azərbaycan Prezidentidir. Bu baxımdan, indi düz yolda olmayanlar da düz yola qayıdır və cənab Prezidentin siyasətini dəstəkləyir. Bu gün hər hansı insan Azərbaycanda gedən prosesi, Azərbaycana qarşı təhdidləri, hücumları dərk edirsə və orda iştirak etmək, rol almaq istəyirsə, hər kəsə qapılar açıqdır. Kimsə köhnə əməllərindən əl çəkirsə, bilirsiniz ki, tövbə qapıları həmişə açıq olur. Bağışlayan Allahdır. Allah hər bir insanı bağışlayırsa, bəndə kimdir ki, bağışlamasın”.

S.Novruzov Əli İnsanovun Yeni Azərbaycan Partiyasına üzv olacağı barədə iddialara da münasibət bildirib: “Belə bir şey olacağını hesab etmirəm”.

Xəbər 2459 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +