Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


09.09.2020  22:48 

“Qarabağ”dan UEFA-ya ETİRAZ





A+  A-

"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun Kiprin Larnaka şəhərinə salınmasına münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov Report-a açıqlamasında UEFA-nın belə qərar qəbul edə biləcəyini gözlədiklərini söyləyib.

Onun sözlərinə görə, Norveç hökumətinin addımı ədalətsizdir:

"UEFA-dan istənilən qərarı gözləyirdik. Qitə futbol qurumuna da bildirdik ki, Norveç hökumətinin qəbul etdiyi qərar ədalətsizdir. Digər federasiyaların UEFA-ya göstərdiyi münasibəti Norveç Futbol Federasiyası göstərmədi. Bunu ədalətsizlik hesab edirik. Onlar futbol qanunlarını yox, öz klublarını düşündülər. Bu da federasiya baxımından qəbuledilməz xətdir".

A.Əsgərov bildirib ki, UEFA dövlətlərin qərarlarına müdaxilə edə bilmədiyi üçün bu addımı atıb:

"Normalda qurum bizim arqumentlərimizə indiyədək cavab verə bilmir, haqlı olduğumuzu deyirlər. Sadəcə, məqsəd futbolun olmasıdır. Bunu əngəlləyəcək hansısa səbəb varsa, UEFA buna uyğun qərar verməlidir. Bilirsiniz ki, Norveç klubu Bakıdan qayıtdıqdan sonra 10 gün karantində qalmalı idi".

"Qarabağ" rəsmisi oyunun keçirilmə yeri olaraq Kipri seçmələrinin səbəbini də izah edib:

"Vaxt çox azdır. Kiprə hamımız komanda ilə birlikdə gedəcəyik. Təşkilati məsələlər nominal meydan sahibi kimi bizə aid olacaq. Burada viza məsələsi də rol oynadı. Digər 3 ölkəyə Şengen vizası lazım olacaqdı. Bunu isə 2-3 gün ərzində etmək mümkün deyildi. Kipr hökumətinin yalnız komandanın üzvlərinə hava limanında viza təşkil etməsi üçün danışıq aparırıq".

Xəbər 3268 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +