Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


10.06.2017  10:23 

Qətər əmiri Ərdoğanın dəvətinə “yox“ dedi





A+  A-

Körfəz böhranından öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iftar dəvətinə bu həftə sonu gəlməli olan Qətər əmiri Şeyx Təmim bin Hamad Əl-Sani, ziyarət görüşünü ləğv edib.
XəzərNews.az Türkiyə KİV-nə istinadla bildirir ki, ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı.

Lakin həftənin əvvəlində Səudiyyə Ərəbistan başda olmaqla, digər Körfəz və ərəb ölkələrinin Qətərə sanksiyalar tətbiq etməsi nəticəsində, Əmir Əl-Sani bütün xarici səfərləri ləğv edib.

Qeyd edək ki, Qətər Əmiri yaxın günlərdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın da dəvətinə getməmişdi.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Xəbər 3027 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +