Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


11.08.2025  14:52 

“Azercell” oğurluğa davam edir - Elmi işçi





A+  A-

“Azercell “İnfocell” adlı bir xidmətlə abonentlərin xəbəri olmadan balansını boşaldır. Məzənnə, hava durumu, qoroskop və abonentə maraqsız olan xidmətlərin qarşılığında gündəlik 10-15 qəpik balansdan pul çıxılır. Çıxılan məbləğə görə, mesaj bölməsinə xəbərdarlıq da göndərilmir, yalnızca ekrana anlıq bildiriş gəlir və dərhal da silinir. Bir növ iz itirilir”.

XəzərNews.az xəbər verir ki, bu bu barədə AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

Elmi işçi bildirib ki, İnfocell-ə qoşulma abonentin zəng və ya mesaj göndərməsi ilə deyil, ekrana göndərilən anlıq bildirişə təsadüfən toxunma nəticəsində, abonentin istəyindən kənar baş tutur:

“Əsasən yaşlı, texniki yenilikdən anlayışı olmayan, balansını nəzarətdə saxlamayan abonentlər qurban seçilir.

Anamın istifadə etdiyi nömrəni 2024-cü il fevral ayının 16-da həmin xidmətə qoşublar. İki dəfə xəbər tutub zəng edib xidməti dayandırmalarını tələb etsəm də, 2025-ci il iyulun sonunadək balansından 30 manata kimi vəsaiti Azərcell İnfocellin vasitəsilə oğurlamışdı.

Zəng edib dərslərini verdim, balansdan oğurlanan vəsaitin geri qaytarılmasını tələb etdim. Əvvəlcə anamın özünün qoşulduğunu desələr də, sübut etdim ki, nə zənglə, nə də mesaj göndərməklə qoşulma olmayıb. Məlum oldu ki, anamın istifadəsində olan nömrəni ekrana ani bildiriş göndərməklə xidmətə qoşublar. Həm Azərcell rəsmilərinə, həm də İnfocell rəsmilərinə anamdan üzr istətdirdim, balansdan oğurlanan vəsaiti də geri aldım. Bir daha eyni əmələ görə səbrlə davranmayacağımı, gedib ofislərini başlarına yıxacağımı xəbərdarlıq kimi bildirmişəm!”

E.İslamoğlu abonentlərə səslənərək qeyd edib ki, balansınızı davamlı nəzarətdə saxlayın, valideynlərinizin, yaşlı ailə üzvlərinizin istifadəsində olan nömrələri tez-tez yoxlayın:

“Azercell rəzilliyə və oğurluğa davam edir. Azercellin etdiyi bu əməl vətəndaşların bank kartlarından edilən oğurluqla eynidir.”

Xəbər 696 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +