Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


17.07.2025  14:21 

Kamran Əliyev iki xanım prokurora yeni vəzifə verdi





A+  A-

Baş Prokuror Kamran Əliyev yeni əmrlər imzalayıb.

XəzərNews.az xəbər verir ki, Baş Prokurorluqdan APA-nın bildirilib ki, Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi Leyla Kərimovaya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Sabunçu rayon məhkəməsi üzrə) vəzifəsinin icrası həvalə edilib.

2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Leyla Kərimova əvvəllər Xocalı və Qubadlı rayon prokurorunun köməkçisi, Xocavənd rayon prokurorluğunun müstəntiqi vəzifələrində işləyib.

Baş Prokurorun digər əmrilə Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin prokuroru Ləman Səmədzadə Eldarlıya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Xətai rayon məhkəməsi üzrə) vəzifəsinin icrası həvalə edilib.

Xəbər 607 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +