Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


25.02.2021  15:23 

“Ermənistanı tərk etməyəcəm, ailəm də burdadır” - Paşinyan





A+  A-

İrəvanın mərkəzi küçələrində tərəfdarları ilə birlikdə yürüş edən Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni tərk etməyəcəyini bildirib.
XəzərNews.az xəbər verir ki, daha əvvəl teleqram kanallarında barəsində ölkədən qaçmağa hazırlaşdığı ilə bağlı yayılan şayiələrə münasibət bildirən Paşinyan bunu informasiya terroru adlandırıb.

“Mən heç yerə getmirəm və getməyəcəyəm də. Ailəm də buradadır. Bunu indi görəcəksiniz. Onlar indi buraya gələcəklər”,- deyə Paşinyan qeyd edib.

Yürüş zamanı Paşinyanı oğlu Aşot müşayiət edib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün Baş nazirin istefasını tələb edən bəyanat yaymasından sonra ölkədə siyasi böhran daha gərginləşib. Bundan sonra Paşinyan bəyanatı imzalayan Baş qərərgah rəisi Onik Qasparyanı istefaya göndərdiyini açıqlayıb. Daha sonra isə o, hərbi çevriliş təhlükəsini vurğulayaraq vətəndaşları xalq hakimiyyətini qorumaq üçün meydana çağırıb.



Xəbər 2538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +