Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


25.02.2021  14:22 

Ermənistandakı vəziyyətlə bağlı Kremldən açıqlama





A+  A-

“Kreml Ermənistandakı vəziyyəti həyəcanla izləyir, ancaq baş verənləri Rusiya Federasiyasının Qafqazdakı vacib və yaxın müttəfiqi olan ölkənin daxili işi kimi qiymətləndirir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Nikol Paşinyan isə bu bəyanatdan sonra feysbuk hesabında canlı yayım açaraq Baş Qərargah rəisi Onik Gasparyanı istefaya göndərdiyini açıqlayıb.

Bir gün əvvəl isə Ermənistan Prezidenti Armen Sarkisyan Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən kənarlaşdırıb. Ermənistan mətbuatında yayılan məlumatlara görə, Xaçatryan hökumət başçısının “İskəndər” kompleksləri ilə bağlı açıqlamasını lağa qoyduğuna görə işdən çıxarılıb.



Xəbər 2047 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +