Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


27.01.2021  13:09 

İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara - Xəbərdarlıq





A+  A-

AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.
XəzərNews.az-ın xəbərinə görə, bildirilib ki, sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etmələri, ictimai iaşə obyektində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi və interaktiv məlumat mübadiləsi üçün ictimai iaşə obyektlərinə nəzarət üzrə məsul şəxs təyin etməli və həmin şəxs haqqında müvafiq məlumatları agentliyə təqdim etməlidirlər.

Qeyd edək ki, epidemiya dövründə ictimai iaşə sektorunda müəyyən edilən qaydalara əməl edilməsi, o cümlədən, məsul şəxsin müəyyən edilərək, müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət ediləcək.

Monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyətləri məhdudlaşdırılacaq və inzibati cəza tədbirləri görüləcək.

Odur ki, sahibkarlar ictimai iaşə obyektində fəaliyyət göstərəcək məsul şəxs haqqında məlumatları ən qısa zaman ərzində Agentliyə şəxsi kabinetləri vasitəsilə və ya [email protected] elektron poçt ünvanına göndərilməsini təmin etməlidirlər”, - məlumatda deyilir.

Xəbər 2644 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +