Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


31.10.2017  16:51 

“Özlərinə hörmət qoymurlar” - Nigar əsəbiləşdi





A+  A-

Azərbaycanın tanınmış müğənnisi Nigar Camal instaqramın canlı yayımına qoşularaq izləyicilərinin suallarını cavablandırıb.
XəzərNews.az xəbər verir ki, sənətçi hazırda İngiltərədə olduğunu, özünə Londonda biznes qurduğunu bildirib. Nigar deyib ki, bu yaxınlarda Miri Yusiflə yeni duetini təqdim edəcək:

“Sual verirsiz, amma Eldarla (red: Eldar Qasımov) duetim olmayacaq. Belə bir fikrimiz yoxdur. Bu yaxınlarda Miri Yusiflə mahnımızı təqdim edəcəyik”.

N. Camal suallara cavab verən zaman bir neçə izləyicinin söyüşü ilə qarşılaşıb. O əvvəlcə şərhləri görməzlikdən gəlib, daha sonra təhqirlərə cavab verib:

“Ay, Allah sizə ağıl versin. Həmin adamı indi qara siyahıya atacam. Dəhşətsən, axmaq! Hələ burda yazıblar ki, söyüş söyəndə nə olur ki? Gəlin sizə də söyüş yazsınlar. Görüm xoşunuza gələcək? Deyəsən onların ana-bacısı yoxdur. Özlərinə hörmət qoymurlar. Söyüş söyən ermənidir”

Xəbər 1084 dəfə oxunub.




18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +