Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


05.09.2017  18:45 

“The Guardian”ın iddiasına sərt reaksiya - Türkiyə mediasından dəstək





A+  A-

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı ölkə mediasına verdiyi açıqlama Türkiyədə çıxan "Hürriyet" qəzetində də dərc olunub.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, qəzetdə Ə.Həsənova istinadən qeyd olunur:

"“The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialar və subyektiv mülahizələrdən ibarət materialları məhz bu kimi anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır. Bunda başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Həmçinin, Azərbaycana dost münasibəti bəsləyən, ölkənin inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı pozitiv fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülür, heç bir əsas olmadan onların fəaliyyəti şübhə altına alınır.

Araşdırmalar göstərir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin Guradian-da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Negapetyants adlı erməni əsilli şəxs daxildir. Bu materialın dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan şəbəkə və media nümayəndələri yaxından iştirak edirlər.

Onu da qeyd etmək istərdim ki, əvvəlki dövrdə də Azərbaycana, ölkə prezidenti və onun ailə üzvlərinə qarşı bu kimi qərəzli iddialar irəli sürülmüş, ölkəmizlə bağlı çirkin kampaniya təşkil etmək cəhdləri olmuş, lakin onun sifarişçiləri və icraçıları öz məqsədlərinə çata bilməmişlər.

Bir daha bəyan edirik ki, OSSRP-nin imzası ilə dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir”.

Qeyd edək ki, "Hürriyet" Türkiyədə fəaliyyət göstərən və milyonlarla oxucusu olan qəzetidir. İndiki mərhələdə bu qəzetin Prezidentin köməkçisinin fikirlərini tirajlaması onun Azərbaycanın yanında yer almasını göstərir.

Onu da deyək ki, Əli Həsənovun sözgüdən açıqlaması Azərbaycan mediasında da geniş şəkildə yayılıb.

Xəbər 2055 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +