Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


22.02.2024  12:12 

Novruz bayramında əfv olacaq?





A+  A-

"Novruz bayramında Prezidentin əfvlə bağlı sərəncamı olmayacaq".

Xəzərnews.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, əfv etmək hüququ Prezidentin müstəsna səlahiyyətidir:

"Novruz Bayramına az müddət qalıb. Bu müddət ərzində Əfv Komissiyasının iclaslarının keçirilməsi və müraciətlərin araşdırılıb başa çatdırılmasını real görmürəm. Ölkədə Prezident seçkiləri keçirilib, hökumətin formalşadırılması prosesi gedir. Əfv Komissiyasının üzvləri eyni zamanda hökumətin üzvləridir. Digər dövlət işləri var. Buna görə düşünmürəm ki, işlərin belə qızğın vaxtında qısa müddət ərzində Əfv Komissiyasının iclasları keçirilməsi real olsun".

Əlməmməd Nuriyevin fikirincə, əfv ilə bağlı müəyyən hazırlıq işləri görülməlidir:

"Düzdür, Əfv Komissiyası daimi fəaliyyətdədir, müraciətlər qəbul edilir, araşdırılır. Amma bu müraciətlərin hər birinə eyni zamanda Əfv Komissiyası baxır. Qarşıdakı aylarda Əfvlə bağlı gözləntilər mümkündür. Mart ayında isə belə bir gözləntim yoxdur".


Xəbər 776 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +