“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


22.01.2024  18:07 

Onlar yola salınır - Seçkidən sonra





A+  A-

Bildiyimiz kimi, bu ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bundan əvvəlki prezident seçkiləri 2018-ci ilin aprel ayında keçirilib.

Məlumat üçün bildirək ki, 2018-ci il seçkilərindən sonra ən yadda qalan hadisələr arasında uzun illər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmiş şəxslərin tutduqları vəzifələrdən azad olunması oldu.

Belə ki, 2018-ci il prezident seçkilərindən sonra baş nazir Artur Rasizadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, baş nazirin müavinləri Abid Şərifov, İsmət Abbasov və Elçin Əfəndiyev tutduqları vəzifələrdən azad ediliblər.

Qeyd edək ki, adları qeyd olunan eks-məmurlar uzun müddət vəzifədə olmaları ilə diqqət çəkirdi.

Əgər fevral ayının 7-də baş tutacaq prezident seçkilərindən sonra 2018-ci ildə olduğu kimi hökumətin tərkibində dəyişiklikər olarsa, ehtimal edilir ki, uzun müddətdir vəzifədə olan məmurlar işdən çıxarıla bilər.

Onu da bildirək ki, hazırda hökumətin tərkibində olan və uzun illərdir yüksək vəzifə tutan nazir və komitə sədrləri arasında 68 yaşlı baş nazir Əli Əsədov, baş nazirinin 78 yaşlı birinci müavini Yaqub Eyyubov, baş nazirin 71 yaşlı müavini Əli Əhmədov, 68 yaşlı ədliyyə naziri Fikrət Məmmədov, 63 yaşlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov, 63 yaşlı maliyyə naziri Samir Şərifov, 65 yaşlı müdafiə naziri Zakir Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 70 yaşlı sədri Mübariz Qurbanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 62 yaşlı sədri Bahar Muradova və Dövlət Sərhəd Xidmətinin 57 yaşlı rəisi Elçin Quliyev yer alır./Yeniavaz.com

Xəbər 1086 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +