QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib


08.09.2023  12:29 

Zakir Həsənov təsdiq etdi: Ordumuz zenit-raket komplekslərini işə saldı - VİDEO





A+  A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

XəzərNews.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə döyüş atışları icra olunub.

Şərti düşmənin hava hədəflərinin aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlimlər davam edir.



Xəbər 1910 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +