Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


06.02.2018  16:45 

Gömrük Komitəsinin əməkdaşına hökm oxundu





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyəyə qaçaqmalçılıq yolu ilə 130 min manatlıq qızıl və 190 min dollar pul aparmaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı - Kamran Əhmədov, İlqar Əbilov, Elvin Yusubov və Rəşad Nəsibova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə K.Əhmədov 5 il 6 ay, digər şəxslər isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu şəxslərin saxlanılması üçün əməliyyat Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə aparılıb.

2017-ci il martın 8-də qabaqcadan əlbir olan bir qrup şəxs 190 000 ABŞ dolları məbləğində xarici valyuta və 132 min 207 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Xəbər 1431 dəfə oxunub.




10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +