“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


19.01.2023  17:54 

Prokuror “o pul“la kisəçilərə 2 “Opel“ alıbmış





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə sabiq prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Yanvarın 19-da keçirilən prosesdə cinayət işi üzrə məhkəməyə gələ bilməyən şahidlərin ifadəsi elan olunub. Onlardan biri də təqsirləndirilən Ümman Əliyevin valideynləridir.

Ümman Əliyevin anası Hədiyyə Əliyeva bildirib ki, həyat yoldaşı Bəhruz Sultanov və xəstə övladı Vüsal Əliyevlə birlikdə Quba rayonunun Çiçi kəndində yaşayır: “3 oğlan və bir qız övladım var. İki oğlum – Ümman və İlqar uzun müddətdir ki, Bakıda müxtəlif yerlərdə işləyib, orada yaşayıblar. Oğlum Vüsal epilepsiya xəstəliyindən əziyyət çəkir”.

Hədiyyə Əliyevanın sözlərinə görə, Ümman 2013-cu ilin aprelində hərbi xidmətə gedib və 2014-cü ilin sonunda isə hərbi xidmətdən qayıdıb: “Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərinə getdi, orada işləməyə başladı. Ümman bildirdi ki, müxtəlif hamamlarda ofisiant və kisəçi işləyib. Ümman 2019-cu ilin dekabrında işlədiyi hamamların birindən pul oğurladığına görə həbs olundu, 2 il 6 ay cəza çəkəndən sonra 2021-ci ilin yay aylarında vaxtından əvvəl cəzasını bitirdi, Çiçi kəndinə gəldi. Bizimlə yaşamağa başladı”.

Şahid bildirib ki, həmin ilin noyabrın sonlarında Ümman yenidən Bakı şəhərinə gedib: “Telefonla danışan zaman bildirdi ki, yenidən hamama işə düzəlib. Ümman tutulmamışdan əvvəl işlədiyinə görə evə ayda bir dəfə, ya da iki aydan bir 50-100 manat göndərirdi. 2022-ci ilin yanvarın əvvəllərində isə Ümman xəstə qardaşının müalicəsinə görə, əməkhaqqı kartıma 500 manat göndərdi. Həmin pulu Vüsalın müalicəsinə xərcədik. Ümmandan həmin pulu haradan əldə etdiyini soruşdum. Təxminən 5 il olar işlədiyi hamama müştəri kimi gələn tanışı Tariyel müəllimdən aldığını bildirdi. Tariyel müəllimi uzun müddətdir ki, tanıyıram. Ümman həbsdə olduğu müddətdə pul lazım olanda Tariyel müəllimlə əlaqə saxlamağı, onun pul verəcəyini demişdi. O vaxtlar Tariyel müəllimlə əlaqə saxladım, pul lazım olduğuna görə borc istədim. O da Ümmanı tanıdığını, pulu borc olaraq deyil, xərcləməyə verdiyini bildirdi. Tariyel müəllim bank kartıma 2019-2000-ci illərdə təxminən üç dəfə olmaqla ümumilikdə 900 manat göndərdi”.

Hədiyyə Əliyevanın sözlərinə görə, oğlu İlqar da Ümman həbsdən çıxmazdan qabaqkı dövrdə Tariyel Qurbanovla pul borcu verməsinə görə danışıb: “Lakin İlqarın Tariyel müəllimlə görüşməsindən və hansı söhbətlər etməsindən xəbərim olmayıb. 2021-ci ilin dekabrında İlqar bildirdi ki, Tariyel müəllim əməkhaqqı kartıma 2000 manat göndərib. Həmin pulları İlqar hesabdan bankomat vasitəsilə çıxardı. Həmin pulla İlqar mənə 150 manata mobil telefon, 240 manata evi qızdırmaq üçün odun aldı. Təxminən 200 manatlıq kənd mağazasına olan borcumuzu bağladı, 50 manatlıq bazarlıq etdi. Pulun qalan hissəsindən isə xəbərim yoxdur. Oğlum İlqar dələduzluq etdiyi üçün 1 il müddətinə azadlıqdan məhrum edilib”.

Hədiyyə Əliyeva qeyd edib ki, 2022-ci ilin yanvarın əvvəllərində Ümman yaşadıqları kəndə “Opel” markalı avtomobillə gəlib: “Avtomobili Tariyel müəllimin verdiyi pulla 10 min 200 manata aldığını bildirdi. Sonradan həmin avtomobili 7000 manata satdı. “VAZ-2107 markalı avtomobil aldı. Həmin avtomobili də fevral ayında satdı, yenidən “VAZ-2107” markalı başqa bir avtomobil aldı. Bunları telefonda danışarkən Ümmandan eşitmişəm. Tariyel müəllimin oğluma nəyə görə bu məbləğdə pul verməsinin səbəbini soruşanda, yaxşı münasibəti olduğuna görə həmin pulu verdiyini bildirdi”.

Şahid deyib ki, İlqar 2022-ci ilin yanvar ayının sonlarında yaşadıqları kəndə yaşıl rəngli “Opel” markalı avtomobillə gəlib: “Artıq mən də, ataları Bəhruz da narahat qaldıq. İlqarın həmin avtomobili haradan əldə etməsini soruşduq. İlqar da avtomobilə görə pulu Tariyel müəllimdən aldığını, Tariyel müəllimin yaxşılıq edərək ona pul verdiyini, həmin pula özünə avtomobil aldığını dedi. Avtomobillə gəldiyi gün İlqar bir gecə kənddə qaldı. Sonra geri qayıtdı. Sonuncu dəfə isə İlqar həbs olunmamışdan 3-4 gün əvvəl kənddə qalıb və yenidən Bakıya qayıdıb”.

Hədiyyə Əliyevanın sözlərinə görə, Ümmanın həbs olunduğunu eşidəndə Tariyel Qurbanova zəng edib: “Ondan nə baş verdiyini soruşdum. Tariyel müəllim bildirdi ki, oğullarına həmişə yaxşılıq etmişəm, lakin son vaxtlar Ümman onu şantaj edib, pul istəyib. Buna görə də Ümmandan şikayət edib. Lakin dəqiqliklə nə baş verdiyini bildirmədi”.

Ümman və İlqar Əliyevlərin ataları Bəhruz Sultanov da həyat yoldaşı Hədiyyə Əliyevanın ifadəsinə uyğun danışıb.

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Ötən ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi./musavat.com

Xəbər 998 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +