Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


28.11.2018  11:46 

“Qalatasaray”ın son şansı





A+  A-

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına yekun vurulacaq.
XəzərNews.az xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün maraqlı olan görüş Moskvada baş tutacaq.

Rusiya paytaxtında “Lokomotiv” “Qalatasaray”ı qonaq edəcək. Bu qarşılaşma İstanbul klubu üçün son şansdır.

Fatih Terimin yetirmələri qitənin ən nüfuzlu klub turnirində yoluna davam etmək üçün mütləq qalib gəlməlidir. Əks təqdirdə 1/8 final mərhələsi şansları bitəcək.

Günün mərkəzi oyunu isə Parisdə keçiriləcək. PSJ ilk oyunda uduzduğu “Liverpul”la üz-üzə gələcək. Fransızlar üçün bu matç ÇL-də ölüm-qalım oyunu olacaq. Əgər PSJ uduzarsa, növbəti mərhələ ümidlərinin üstündən böyük ölçüdə xətt çəkəcək.

“Liverpul”da bu matçda uduzmaqla şanslarını azalda bilər.

Çünki qrupun digər favorite “Napoli” evdə qrupun autsayderi “Srvena Zvezda” ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

28 noyabr

A qrupu

21:55. “Atletiko” (İspaniya) – “Monako” (Fransa)

00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika)

B qrupu

00:00. “Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya)

00:00. PSV (Hollandiya) – “Barselona” (İspaniya)

C qrupu

00:00. “Napoli” (İtaliya) – “Srvena Zvezda” (Serbiya)

00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)

D qrupu

21:55. “Lokomotiv” (Moskva, Rusiya) - “Qalatasaray” (Türkiyə)
00:00. “Porto” (Portuqaliya) – “Şalke” (Almaniya)

Xəbər 1175 dəfə oxunub.




18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +