Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?


30.08.2024  10:27 

Almaniya inkişafıma və həyatıma böyük təsir etdi - Azərbaycanlı mühəndis





A+  A-

“Almaniyada yaşamaq və işləmək mənim üçün əlamətdar bir təcrübə oldu”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında Almaniyada yaşayan soydaşımız, proqramlaşdırma mühəndisi Əli Hüseynov deyib.

Ə.Hüseynovun sözlərinə görə, Almaniya texnologiya sahəsi üzrə dünya səviyyəsində lider bir ölkədir:

“Burada işləmək mənə çox şey öyrədib. Hamburqda yaşamaq, buranın yüksək həyat keyfiyyəti və qlobal şəhər atmosferi mənim professional və şəxsi inkişafıma böyük təsir göstərib. Çünki almanların iş mədəniyyəti, dəqiqlik və səmərəlilik üzərində qurulub. Bu, mənim işə yanaşmamda və komanda ilə işləmək bacarıqlarımda öz əksini tapdı”.

“Unzer GmbH”-də çalışaraq, ödəniş xidmətləri sahəsində innovativ həllər üzərində işləyirəm. Şirkət, təhlükəsiz və etibarlı ödəniş həlləri təqdim etmək üçün müasir texnologiyalardan istifadə edir və mən burada həm mikroservislər üzərində işləyirəm, həm də müxtəlif ödəniş provayderlərinin inteqrasiyası ilə məşğul oluram. Bu iş məni həm texniki cəhətdən, həm də peşəkar cəhətdən çox inkişaf etdirdi”,-deyə o bildirib.

Ə.Hüseynov qeyd edib ki, xaricdə təhsil almağı bugünkü peşəkar həyatında mühüm rol oynayıb:

“Dublin İrlandiyasında yerləşən Dublin Texnologiya İnstitutunda Kompüter Elmləri üzrə bakalavr dərəcəsi almışam. Bu universitetdə aldığım təhsil, məni geniş bir texniki biliklərlə təchiz etdi və mənə beynəlxalq arenada rəqabət aparmaq üçün lazım olan bacarıqları verdi. Dublin, öz dinamik startap mühiti və texnologiya sektoru ilə tanınır və burada keçirdiyim illər mənim üçün unudulmaz bir təcrübə olub. Mən İrlandiyada bir neçə texnologiya şirkətində çalışmışam və bu müddətdə həm texniki, həm də layihə idarəetmə bacarıqlarımı inkişaf etdirdim”.

Mühəndis bildirib ki, Almaniyaya köçdükdən sonra, Azərbaycan icması ilə sıx əlaqələr quraraq, cəmiyyətin fəaliyyətində aktiv iştirak edir:

“Azərbaycan mədəniyyətini, tarixini və ənənələrini Almaniyada tanıtmaq mənim üçün böyük əhəmiyyət kəsb edir. Cəmiyyətimiz, buradakı azərbaycanlıların bir-biri ilə əlaqələrini gücləndirmək, onların buradakı həyatlarına dəstək olmaq və eyni zamanda, Alman cəmiyyəti ilə inteqrasiya prosesini asanlaşdırmaq üçün müxtəlif tədbirlər və layihələr həyata keçirir. Bu fəaliyyətlər mənim üçün çox önəmlidir, çünki öz köklərimlə əlaqəni qorumaq və digər həmvətənlərimizə dəstək olmaq mənə böyük məmnunluq verir”.

Xəbər 2764 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.09.2024  15:43 

Göyçayda intihar hadisəsi olub

13.09.2024  15:36 

Azər Axşam ATV-dən getdi

13.09.2024  11:51 

Türkiyədə zəlzələ olub

11.09.2024  13:13 

Onu himayə edən kimdir? Polis?

10.09.2024  17:22 

Tanınmış model saxlanıldı

10.09.2024  15:17 

Şəfəq Novruz əməliyyat olunub


BÜTÜN XƏBƏRLƏR +