İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


22.09.2020  10:08 

Dövlət vətəndaşlardan avtomobilləri nə vaxt yığa bilər?





A+  A-

Dünəndən sosial şəbəkələrdə mülki vətəndaşların “pick-up” ban növlü avtomobillərin yol polisi tərəfindən yığılması və hər an başlaya biləcək döyüşlərdə istifadə olunacağı haqda məlumatlar yayılıb. Bu məsələ ictimaiyyətdə müzakirələrə səbəb olub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur: “Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və digər resursların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur.

Ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur. Azərbaycan Respublikasının 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb.

Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib. Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var. Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha çox “UAZ”, “NİVA”, müxtəlif pikaplar, “URAL”, “Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır.

Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir.

Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır. Digər detallar da qanunvericilikdə təsbit edilib”.

Xəbər 1522 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +