İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


22.09.2017  09:58 

Azərbaycanda vergidən yayınmaq mümkünsüz olacaq





A+  A-

Vergidən yayınma hallarının ən çox təsadüf edildiyi sahələrdən biri də iri dövriyyəli pərakəndə satış obyektləridir.
XəzərNews.az vergiler.az-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsini icra edən Habil Məmmədov vergi orqanlarının informasiya məlumat bazaları əsasında hazırlanmış Tədbirlər Planının əsas müddəaları ilə bağlı məlumatında deyib. Onun sözlərinə görə, bir çox ticarət mərkəzlərində, supermarketlərdə məsafədənötürmə qurğularının qoyulmasına baxmayaraq, həmin qurğulardan əldə edilən informasiya mübadiləsi günün tələbləri səviyyəsində deyil. Vergi orqanı əməkdaşlarının xronometraj aparmaq imkanları vaxt və fiziki baxımdan çətinlik yaratdığından, çıxış yolu iri dövriyyəli pərakəndə satış obyektlərində elektron məsafədənötürmə qurğularının tətbiqi ilə bağlı zəruri texniki işlərin görülməsinin sürətləndirilməsidir.

Vurğulanıb ki, vergi proqnozlarının icrasına mühüm təsir edən faktorlardan biri vergi borclarının alınmasının təşkilidir. Bu məsələ ilə bağlı yeni istiqamətlər müəyyənləşdirilib, istintaq orqanları da cəlb olunmaqla, vergi borclarının alınması işinin təşkilinin təkmilləşdirilməsinə dair zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Səyyar vergi yoxlamaları üzrə bir sıra mühüm tədbirlərin görülməsi, elektron qaimə-fakturanın tətbiqi ilə əlaqədar mövcud vəziyyətin dəyərləndirilməsi və yeni risk meyarları müəyyənləşdirilərək proqram təminatında elektron nəzarətin qurulması başlıca tələblərdən biridir.

Qeyd olunub ki, idxalçıların məsuliyyətinin artırılması üçün əlavə tədbirlərin görülməsi, istehsal olunan məhsul növləri üzrə istehsal obyektlərinin qruplaşdırılması və analoji vergiödəyicilərinin göstəricilərinin müqayisəsinin aparılması, qızıl mağazaları üzrə vergi nəzarətinin gücləndirilməsi, otellər üzrə vergi öhdəliklərinə əməl edilməsi vəziyyətinin təhlili və bu sahələrdə vergidən yayınma hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi də başlıca tələblərdəndir. Həmçinin, nağd hesablaşmalar aparan vergiödəyicilərində vergi nəzarətinin təmin edilməsi məqsədilə risk meyarlarının hazırlanması və buna uyğun tədbirlərin həyata keçirilməsi, real dövriyyəni yayındırmaq məqsədilə sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata düşən, amma ƏDV ödəyicisi olmalı vergiödəyicilərinin təhlili və aşkarlanması da əsas vəzifələrdən olacaq.

Tədbirlər Planında yer alan məsələlərdən biri də mebel istehsalı və satışı ilə məşğul olan vergiödəyiciləri və iri iaşə obyektləri üzrə vergi öhdəliklərinə əməl edilməsinin təhlili, Bakı şəhərinin mərkəzində real icarə haqqının müəyyənləşdirilməsi və bu sahədə vergidən yayınma hallarının qarşısının alınması üçün qanuna müvafiq tədbirlərin görülməsidir.

Xəbər 858 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +