“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


18.10.2023  16:04 

Rusiya-Tükiyə-İran triosu ABŞ-a qarşı...- Baydenlə bacarcaqlarmı?





A+  A-

ABŞ prezidenti Bayden Rusiyanı çəmbərə alacaq 3 vacib geopolitik toqquşma mərkəzinin üçündə də - Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini itirmək üzrə olduğu kimi, amerikalılar üçün həyati əhəmiyyətli daha bir vacib regionda – Yaxın Şərqdə də ciddi nüfuz itkisinə məruz qalmaqdadır.

Suriya və Qarabağ problemlərinin həlli üzərində uzlaşma və ortaq fəaliyyət imkanı əldə edən və beləliklə də, Çin və Hindistandan Avropaya quru yolla gedəcək bütün nəqliyyat dəhlizlərinin Qərbin nəzarətinə keçməsinin qarşısını alan Rusiya-Tükiyə-İran triosu artıq HƏMAS-İsrail toqquşmasıyla yenidən körüklənən Yaxın Şərq probleminin çözümündə də təşəbbüsü ABŞ-ın əlindən alır.

Xatırladaq ki, katolik Bayden prezidentlik kürsüsünə əyləşən kimi, 2021-ci ilin martında sevimli dostu olan Roma papası Frensiskin Yaxın Şərqə, o cümlədən İraqa səfərini və nüfuzlu şiə lider Sistani ilə görüşünü təşkil etməklə, amerikalıların üç dinin təmsilçilərinin bir aya gətirilməsini nəzərdə tutan “İbrahim oğulları sazişi”ni genişləndirməkdə maraqlı olduğunu göstərmiş, ardınca da ərəb-İsrail dostluğunun yaradılması yönündə fəal addımlar atmağa başlamışdı. Hətta bu danışıqların nəticəsi olaraq, 2023-cü ilin 9-10 sentyabrında keçirilən G-20 sammitində Hindistandan Avropya yeni dəhliz layihəsi də təqdim etmişdi: Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail.

Bu layihənin gerçəkləşməsinə ən böyük maneələrdən biri isə sonuncu ünvan – İsrailin Aralıq dənizindəki limanlarına təhlükə yaradacaq kiçik Qəzza bölgəsi sayılırdı...

Hazırda amerikalılar hesab edirlər ki, İsrail HƏMAS-ın 7 oktyabrdakı hücumunu ən qısa müddətdə öz lehinə çevirərək, Qəzzanı tamamilə boşaltmağa, köçürməyə və bununla da Aralıq dənizi sahilindəki limanların təhlükəsizliyini təmin etməyə müvəffəq olacaq.

Elə savaş başlayan kimi, ABŞ-ın “hərəkət edən hərbi baza” funksiyası yerinə yetirən iki hərbi gəmisini dərhal Aralıq dənizinin şərq sahillərinə gətirilməsi də bu məqsədlədir – ABŞ İsraili meydanda tək qoymayacağını göstərir və digər güclərə açıq mesaj verir ki, onlar İsrailin Qəzzanı təmizləmə əməliyyatına mane olmamalıdırlar!

Ancaq HƏMAS-ın təkbaşına müqavimətinin ABŞ və İsrailin gözlədiyindən daha çox çəkməsi, İsrailin quru əməliyyatlarını təxirə salaraq hətta xəstəxanaları belə bombardmana əl atması, qəzzalıların isə kütləvi qırğına baxmayaraq, hələ də öz evlərini tərk etməmələri bütün İslam dünyasında, o cümlədən ərəb ölkələrində ABŞ və İsrailə qarşı qəzəb və nifrət hissini misilsiz dərəcədə körükləməklə, hər iki ölkəylə bütün anlaşmaları dəfn edir. Artıq İsrailin mülki əhaliyə qarşı törətdiyi bu amansız qətliamdan sonra heç bir ərəb ölkəsi onunla anlaşmaya risk etməyəcək!

ABŞ-ın İsraili dəstəkləməsi fonunda Türkiyə-Rusiya-İran triosunun da İsraili hərbi əməliyyatları durdurmağa çağırması, Fələsin dövlətinin qurulmasını və ikidövlətli həll modelini dəstəkləməsi, ehtimal ki, sünnili-şiəli İslam dünyasını bu geopolitik savaşda artıq həlledici seçimə məcbur edəcək.

Rusiyanın BMT Təhlükəsizlik Şurasında hərbi əməliyyatları dərhal dayandırmaq və Qəzzaya humanitar yardım göstərmək təşəbbüsünü ABŞ və İngiltərənin bloklaması açıqca göstərir ki, İsrail Qəzzada həlledici uğur qazanmayanədək, ABŞ və Avropa əməliyyatların dayandırılmasında qətiyyən maraqlı deyil.

Görünən odur ki, ərəb ölkələrini öz yanına çəkməkdə və bu coğrafiyaya sülh gətirməkdə arxasında Çinin durduğu Rusiya-Türkiyə-İran triosu daha bir vacib dəhlizdə ABŞ-ı üstələmək və onu regiondan birdəfəlik qovmaq imkanındadır.

Bacarcaqlarmı? Onu tezliklə hər kəs görəcək.

Elxan Şükürlü

Xəbər 884 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +