İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


18.11.2021  12:08 

Niyə bu sahəyə dövlətin informasiya siyasətini apara biləcək insanlar cəlb olunmur?





A+  A-

Vətən müharibəsindən sonra mediada və sosial şəbəkələrin Azərbaycan seqmentində dəyişikliklərin baş verəcəyinə ümid bəsləyirdim.

Düşünürdüm ki, həmkarlarım da, sosial şəbəkələrdə fəal olan həmvətənlərim də müəyyən qədər təcrübə qazanıblar, təsdiqlənməmiş məlumatları, Ermənistan mediasından tələm-tələsik köçürülmüş, təhlil edilməmiş, süzgəcdən keçirilməmiş materialları paylaşmayacaq, bölücüluk etməyəcək, insanların Vətənə, dövlətə olan sevgilərinin sarsıdılmasına xidmət edən kin və nifrətqarışıq mülahizələrini aşkara püskürməyəcəklər. Təəssüf ki, yanılmışam.

Elə Müdafiə Nazirliyinin arxadan atılan daşı xatırladan, sovetdənqalma informasiya siyasətinın dəyişdiyinə, yaxud müharibə dövrundə, subyektiv qənaətimə görə, prosesə cəlb edilmiş peşəkarlar tərəfindən idarə olunan formada davam etdiriləcəyinə ümid bəslədiyim üçün də... yanılmışam, tələsik nəticə çıxarmışam.

Yenə "köhnə hamam, köhnə tas"... Dəmirin pasını tökmək olur, amma beyinin yox!!!
Yenə ucuz, bəsit, əttökən videolar sosial şəbəkələri başına götürüb. Başa düşürəm, düşmənə psixoloji təsir etmək üçün müəyyən vasitələrdən istifadə etmək lazımdır. Amma belə utancverici, ucuz, başı Moskva saatı ilə işləyənlər üçün deyirəm, "дешёвый" formada yox. Şəxsi heyətin tik-tokda, feysbukda, Vkontakte-də, nə bilim daha haralarda nə iti azıb?

Ötən bir il ərzində Vətən müharibəsi dövründə buraxılan səhvlər təhlil edildimi, nəticə çıxarıldımı, şəxsi heyətə təlimat verildimi, düşmənə qarşı psixoloji savaş aparacaq peşəkarlardan ibarət qrup, yaxud heyət yaradıldımı? Açıq yazmaq istəmirəm... Yəni bu adamlar 44 gün ərzində peşəkarlardan heç nə öyrənə bilmədilər?...

Niyə bu sahəyə dövlətin informasiya siyasətini apara biləcək insanlar cəlb olunmur? Niyə şəxsi heyətin siyasi hazırlığı bu qədər aşağı səviyyədədir?

Niyə? Niyə? Niyə?

Övladlarımız Vətən yolunda canlarını fəda edir, dövlətimiz dörd bir yanla siyasi, diplomatik savaş içərisindədir, Azərbaycan Ali Baş Komandanıyla, zabitiylə, əsgəriylə, "Vətən" deyəndə dodağı yüz yerdən çat verən vətəndaşıyla təkcə özünün deyil, türk tarixinin ən böyük, ən çətin və ən müdhiş mücadiləsini aparır.

Ali Baş Komandanın yalnız Vətən muharibəsi dövründəki bir neçə çıxışını, müsahibəsini izləmək və nəticə çıxarmaq nəyin necə edilməli olduğunu anlamaq üçün yetərlidir. Təbii ki, anlaya bilənlər üçün...

Son 2 gün ərzində sosial şəbəkələrdə, mediada buraxılan səhvləri, Türkiyəli qardaşlarımız demişkən, təlafe etmək üçün günlər, həftələr, aylar lazım gələcək.
Amma biz təkcə savaş aparmır, sərhədlərimizin toxunulmazlığını, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmirik axı...

İşğaldan azad edilmiş ərazilərimizin xarabalıqları üzərindən yeni kəndlər, qəsəbələr, şəhərlər salırıq. Və bu proses bu günümüz və sabahımız üçün Zəfər qədər həyati əhəmiyyət daşıyır.

Nə deyim, vallah. Söz də urvatdan düşüb artıq.

Təəssüf... Çox təəssüf...

Amma yenə də gec deyil.

Elçin Mirzəbəyli

Xəbər 2967 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +