İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


14.02.2020  11:43 

16 avtovağzal bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb





A+  A-

Ölkədə qanunsuz fəaliyyət göstərən avtovağzallar sərnişinlərin həyatı üçün təhlükəlidir.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, 16 qanunsuz fəaliyyət göstərən avtovağzallar mövcuddur:

“Avtovağzallar və avtostansiyalar haqqında əsasnamələr mövcuddur və bu əsanaməyə uyğun olaraq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ölkədə fəaliyyət göstərən və müstəqil olan avtovağzalların hər birinə rəsmi fəaliyyət göstərmək üçün pasport təqdim edir. Bu sənəd avtobusların dayanması, giriş-çıxış nöqtəsinin təyin olunması və avtovağzal ərazisində olan kassaların qanuni fəaliyyət göstərməsi üçün nəzərdə tutulub. Təbii ki, bu pasportlarda müəyyən kriteriyalar var. Avtovağzallar və avtostansiya kompleksləri həmin o əsasnaməyə uyğun şəkildə, infrastrukturla təmin olunmalı, vətəndaşlar hər cür şərait yaradılmalı, kassadan biletlərin alınması təmin olunmalı və bu kimi bir çox işlər görülməlidir”.

N.Allahyarova qeyd edib ki, ölkədəki 56 avtovağzal və avtostansiya kompleksindən 16-sı tərəfimizdən pasportlarla təmin olunmayıb:

“Səbəb isə odur ki, həmin avtovağzallar pasportlar əldə etməyiblər. Buna görə də, DANX olaraq biz həmin avtovağzal və avtostansiya komplekslərinə bildiririk ki, əgər onlar bu şəkildə davam edərlərsə, cərimələnəcəklər. İlkin olaraq bu cərimə 1500 manat olacaq, ancaq onlar bilsinlər ki, bununla işlər yekunlaşmayacaq. Cərimədən sonra da, rəsmi sənəd əldə etməsələr, fəaliyyətlərinə xitam veriləcək”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda sözügedən 16 kompleksin 10-unda pasportun təmin olunması ilə bağlı işlər görülür, artıq danışıqlar başlanılıb. Digər 6 avtovağzala isə ciddi xəbərdarlıq olunub.

Xəbər 1513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +