11.02.2017 10:37
Bir neçə gün əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Dövlət Yol Polisində çalışan qardaşı oğlu Kamal Abıyevin bir sürücünü təhqir etməsi və onun xanımının xəstəxanaya düşməsinə səbəb olmasıyla bağlı yazı dərc etmişdik.
Bildirmişdik ki, K.Abıyev kapitan-inspektor vəzifəsində işlədiyi Göytəpə postunda Ramil Rzayev adlı sürücünün idarə etdiyi "Niva” markalı avtomobili saxlatdıraraq ona qarşı nalayiq ifadələr işlədib. Sürücünün maşında olan xanımının isə bu hadisələrdən halı dəyişib və o, xəstəliyə tutulub.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi K. Abıyevin xidməti intizam qaydalarını pozması faktını rəsmi şəkildə təsdiqləyib. Bu barədə idarədən R. Rzayevin müraciətinə cavab olaraq göndərilən məktubda yazılıb. Qeyd olunub ki, müraciətdən sonra araşdırma aparılıb və K.Abıyevin intizam qaydalarını pozması müəyyənləşib: "Baş Dövlət Yol Polisi İdarəsininin Yol-Patrul Xidməti Alayının 11-ci taqımının YPX baş inspektoru Kamal Abıyevin və YPX inspektoru Zamiq Həsənovun hərəkətləri barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılıb.
Araşdırma nəticəsində əməkdaşlar tərəfindən xidməti intizam qaydaların tələblərinin pozulması halı müəyyən olunub, hərəkətlərinin müzakirə olunması barədə qərar qəbul edilib”.
Xatırladaq ki, Əhəd Abıyev dünən ölkə.az saytına müsahibə verərək, qardaşı oğlunun heç bir günühaının olmadığını, Ramil Rzayevin ona şər atdığını deyib: "Həmin Ramin Rzayev hamıya şər atır. Qardaşım oğlu 23-cü adamdır ki, onun şər-böhtanına məruz qalıb. İndi sual verirəm, necə olur ki, bütün nöqsanlar ancaq bunun başına gəlir? Bu adam kimə salam verirsə, ondan şikayət edir, yazır. Bizi şantaj edib deyir ki, 5 min verməsən, saytlara yazacam. Bu nə deməkdir? Açıq şantaj deyil?
Ona sual verin ki, əlində bir dənə də olsun hər hansı fakt, görüntü var? Deyir ki, polis onu hədələyib, qorxudub və sairə. Əgər dedikləri doğrudursa, bir fakt göstərsin də! Niyə göstərə bilmir? Məsələ nazirlik tərəfindən araşdırılandan sonra, heç bir fakt tapılmır və həmin Ramin Rzayevin dediklərinin yalan olduğu ortaya çıxır”.
|
27.07.2024 16:20
27.07.2024 15:55
27.07.2024 15:47
27.07.2024 13:01
27.07.2024 12:38
27.07.2024 12:32
27.07.2024 11:11
Azərbaycanlı mühacirlərin Türkiyə daxili siyasətinə təsiri - ideoloji aspekt - II YAZI
27.07.2024 10:46
27.07.2024 00:21
26.07.2024 21:10
26.07.2024 19:39
26.07.2024 16:44
26.07.2024 16:39
26.07.2024 14:23
26.07.2024 14:16
26.07.2024 12:13
Azyaşlının qeyri-adekvat hərəkətləri narazılığa səbəb oldu -Video
26.07.2024 08:40
25.07.2024 20:13
25.07.2024 18:56
25.07.2024 18:50
25.07.2024 18:47
Bollivudun məşhur aktrisasının bu görüntüləri gündəm oldu – VİDEO
25.07.2024 17:55
25.07.2024 17:28
25.07.2024 15:25
Xalq artistinin həyat yoldaşı geyimləri ilə gündəmə gəlib -Foto
25.07.2024 15:05
24.07.2024 19:10
Lahıcda “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” adlı tədbir keçirilib
24.07.2024 15:43
24.07.2024 15:38
24.07.2024 15:35
23.07.2024 19:43
23.07.2024 18:50
Azərbaycanlı mühacirlərin Türkiyə daxili siyasətinə təsiri - ideoloji aspekt - I YAZI
23.07.2024 18:03
23.07.2024 16:11
Ağadadaş Ağayevin balta atmasına dair görüntülər yayılıb -Video
23.07.2024 10:38