Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


14.03.2017  10:22 

``Evlərə quraşdırılan sayğacların çoxu istifadə müddətini bitirib``





A+  A-

'Qazdan istifadə qaydasının pozuntusuna görə 11 491 abonentə akt yazılıb'
2016-cı ildə "Azəriqaz" İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 nəfər abonent, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına "qüsur aktı" tərtib olunub.

Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

O, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin davam etdirildiyini söyləyib:

"Ötən il ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 nəfər abonent, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 manat dəyərində dəymiş ziyan hesablanıb".

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı qaz itkiləri haqda "Facebook"da yazır. Bildirir ki, "Azəriqaz" İB itginin əsasən qaz sızmaları və SSRİ-dən qalma nasaz avadanlıqla əlaqələndirir. Mirvari Qəhrəmanlı avadanlıqların hələ də bu vaxtadək mövcudluğu və onlara xərclənmiş vəsaitlərin hara yönəldiyinin sual altında olduğunu qeyd edir:

“Deyilən miqdarda rayon ərazisində qaz sızması olsa, həmin rayonda ciddi problemlər yaşanar. Son iki ayda rəqəmlər qəbul olunan qaz və itki faizləri, mart üçün də eyni proqnoz verilib. Bakı Regional- 63 mln kubmetr 26, Zaqatala RQİİ 1.3 mln kubmetr 30.1, Salyan RQİİ 2.9 mln kubmetr 38, Xaçmaz RQİİ 5.6 mln kubmetr 40, Lənkəran RQİİ 11.5 mln kubmetr 49, Tərtər RQİİ 4 mln kubmetr 38, Ağsu RQII 7.6 mln kubmetr 42, Şəmkir RQİİ 4.8 mln kubmetr 41, Gəncə RQİİ 8.6 mln kubmetr 39.2 faiz olub”.

İtkilərin səbəblərinə gəlincə, Mirvari Qəhrəmanlı qaz uçotu işinin düzgün qurulmaması, böyük iri müəssisələrə qazın uçotsuz ötürülməsi, sayğacların xarab olmasını göstərir:

“Əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Ancaq istifadədə olan sayğacların 70 faizdən çoxu 6 ildən çoxdur quraşdırılıb. Qaz emal olunmamış vəziyyətdə ötürüldüyündən sayğacın sərf qeyd edən diafraqmaları tozdan zir-zibildən tutulur və nəticədə çoxusu sərfi qeyd etmir. Hansı sayğacı açsan onun içindən zir-zibil töküləcək. Bundan əlavə, cari təmir işləri aparılmır, böyük sayğaclarda G-250, G-400, G-1600 qaz itir. İmplus deyilən bir şey var. Onu açıb götürürlər. Bu halda sayğac sərfiyyatı qeyd etmir. Bunu əsasən parniklərdə, böyük sənaye müəssisələrində edirlər. Sonra isə sənədləşdirirlər ki, müəssisə fəaliyyətin dayandırıb".

(meydan.tv)

Xəbər 2896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +