“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


24.09.2018  10:26 

Dünənki leysanla bağlı - Meriyadan “Azərsu”ya sərt ittiham





A+  A-

Bakı Şəhər İcra Hakimiyyəti dünən paytaxtda yağan güclü yağış və yollarla yaranan gölməçələrlə bağlı açıqlama yayıb.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, sentyabrın 23-də Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatlara görə 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191 % olub. Bu da fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır.

Fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilib, “Azərsu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunmuş, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülüb. Kommunal və digər xidmətlərin əməyi nəticəsində leysan dayandıqdan sonra qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilib, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Sakinlərin elektrik enerjisi, təbii qaz və su ilə təminatında ciddi problemlər yaranmayıb.

Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi də səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb. Sonradan bu problem aradan qaldırılıb və axıdılan suyun səviyyəsi kəskin azalıb. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir.

BŞİH-nin açıqlamasında o da qeyd olunur ki, güclü yağışın yağması təbiət hadisəsi olmaqla, dünyanın bütün ölkələrində baş verir və heç bir ölkə bu kimi hallardan sığortalanmayıb. Ötən illərdə Avropanın aparıcı ölkələrində güclü sel və subasmalar olub. Ona görə də buna adi təbiət hadisəsi kimi baxılmalıdır. Buna baxmayaraq isə kommunal və digər xidmətlər hər zaman belə hallara hazır olmalıdırlar.

Xəbər 1497 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +