Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov


18.08.2021  13:50 

Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?





A+  A-

Koronavirus dünyada yayılmağa davam edir və Azərbaycan kimi qonşu ölkələr də COVİD-19-la mübarizəni davam etdirir.
XəzərNews.az xəbər verir ki, ötən sutka ərzində Rusiyada koronavirusa 20 914 yeni yoluxma halı aşkar olunub. Bununla yanaşı, Rusiyada son sutkada 799 nəfər koronavirusdan dünyasını dəyişib, 20 713 nəfər isə virusdan sağalıb.

Ümumilikdə isə pandemiya dövründə Rusiyada 172 909 nəfər dünyasını dəyişib, 5 939 037 nəfər isə sağalıb. Bununla yanaşı, pandemiya başlayandan bu günə qədər Rusiyada 6 663 473 yoluxma halı qeydə alınıb.

Gürcüstanda koronavirus pandemiyası ilə bağlı vəziyyət gərgin olaraq qalır. Belə ki, ötən sutka qonşu ölkədə 5914 yeni yoluxma halı qeydə alınıb, 49 nəfər isə dünyasını dəyişib. Həmçinin, son 24 saat ərzində Gürcüstanda 3316 nəfər virusdan sağalıb.

Pandemiya başlayandan bu günə qədər Gürcüstanda 496 376 yoluxma halı, 6532 ölüm və 432 506 sağalma faktı qeydə alınıb.

Ermənistanda da vəziyyət digər ölkələrdən geri qalmır. Son sutka ərzində bu ölkədə 504 yeni yoluxma halı qeydə alınıb, 3 nəfər isə dünyasını dəyişib. Ümumilikdə pandemiya ərzində Ermənistanda 235 675 yoluxma halı, 4716 ölüm və 223 227 sağalma təyin edilib.

Xəbər 1825 dəfə oxunub.




08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +