Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


02.02.2017  14:03 

Tələbələrimizin təhsil haqqı dərdi - Məbləğ bölünəcəkmi?





A+  A-

 

Azərbaycandakı bəzi universitetlərdə oxuyan tələbələrdən təhsil haqqının birdəfəlik ödənilməsinin tələb edilməsi zamanla gündəmə gəlir.

Problem Milli Məclisin ötən gün keçirilən iclasında da dilə gətirilib. Millət vəkillləri Qənirə Paşayeva, Musa Quliyev çıxışlarında bildirib ki, tələbələrdən təhsil haqqını birdəfəlik ödəməyi tələb etmək düzgün deyil . Ödəniş hissə-hissə ödənilməlidir. Valideynlərin vəziyyətini nəzərə almaq lazımdır. Tələbələr imtahanlara buraxılmırlar və universitetdən xaric olunurlar.

Bu məqamda qeyd edək ki, bu günlərdə Bədən Tərbiyəsi və İdman Akademiyasınının yuxarı kurs tələbələri onlardan birdəfəlik ödəniş tələb edildiyi ilə bağlı saytımıza müraciət etmişdi. Onlar 2200 manat təhsil haqqının birdəfəyə ödəmək imkanında olmadıqlarını qeyd etmişdilər.

Məsələ ilə bağlı akademiyadan sorğumuza hələ ki, cavab verilməyib.

Həmin universitetin keçmiş rektoru, millət vəkili Ağacan Əbiyev də bildirib ki, onun universitetə rəhbərlik etdiyi dövrdə tələbələr təhsil haqqını hissə-hissə ödəyib:

“100 tələbədən 15-i bununla bağlı bizə müraciət edirdi. Deyirdilər ki, təhsil haqqını iki dəfəyə verək. Biz də onunla razılaşırdıq. Amma indi köhnə qaydanı ləğv ediblər. Hamısı birdəfəyə verilməlidir. Mən indiki rəhbərliyin qərarına hər hansı fikir bildirmək istəmirəm. Ancaq yaxşı olardı ki, təhsil haqqını iki dəfəyə versinlər”.

Bu ilki semestr imtahanlarında təhsil haqqını ödəyə bilmədiyinə görə imtahana buraxılmayan tələbələrin statistikası barədə ekspert Kamran Əsədova müraciət edilib.

O bildirib ki, Azərbaycanda təhsil haqlarının ödənilməsi dünya təcrübəsindən fərqlidir: “Dünyada tələbələr təhsil haqqını birinci kursdan sonuncu kursa qədər hissələrlə ödəmək imkanına malikdir. Son 5 il ərzində ölkəmizdə 7000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Bu, bir ölkə üçün kifayət qədər böyük itkidir. Təhsil Xidməti Mərkəzimizə il ərzində yüzlərlə tələbə bununla bağlı müraciət edir. Milli Məclisdə ali təhsil haqlarının ödənilməsi ilə bağlı qanunvericilik qəbul edilsin.

Maarifçi Kredit Fondu yaradılıb. O da tələb edir ki, valideynlərin illik gəliri 10 min manatdan çox olmalıdır. Azərbaycanda valideynlərinin gəlirinin 10 min manatdan artıq olan şəxsin kreditə ehtiyacımı var? Bizim universitetlərin təhsil haqqı dünyada ilk 100-lüyün həcmindədir. Verdikləri təhsil isə aşağıdır. Bu il təkcə semestr imtahanlarında 4000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün imtahana buraxılmayıb. Bu saya həm kolleclər, həm də ali təhsil müəssisələrinin tələbələri daxildir”.

(qafqazinfo.az)



Xəbər 1248 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +