“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


26.02.2018  23:21 

Azərbaycanlı əlili ailəsi ilə Fransada həbs etdilər





A+  A-

Altı nəfərdən ibarət azərbaycanlı ailə Fransada ev dustaqlığındadır.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə yerli oust-france.fr nəşri yazıb.

“Rəşad Əliyev hər gün Anje şəhərinin polis məntəqəsində qeydiyyatdan keçməlidir. O və ailəsi Fransada sığınacaq almaq istəyirlər. Rəşad polis məntəqəsinin pilləkənlərini çətinliklə qalxır. O, 6 yaşından epilepsiyadan əziyyət çəkir. Fransada onunla birlikdə valideynləri, bacısı, qardaşı və gəlini yaşayır. Yanvarın 20-dən ailə ev dustaqlığındadır. Hər gün saat 15:00-da onlar polis məntəqəsində olmalıdırlar. Bu, hər an epilepsiya tutması baş verə biləcək Rəşad üçün əsl sınaqdır”, - deyə mənbə yazır.

“Ailə nəzarət altındadır, dövlət istənilən an onların deportasiyası barədə qərar verə bilər”, - qaçqınların hüquqları uğrunda mübarizə aparan “SOS Migrants 49” təşkilatının təmsilçisi bildirir.

Rəşad və ailəsi Azərbaycanı ötən ilin yayında tərk ediblər. Lakin noyabrda barmaq izləri götürülən zaman məlum olub ki, ailə Avropa İttifaqına İtaliya ərazisindən daxil olub və Dublin reqlamentinə əsasən, həmin ölkəyə geri göndərilməlidir.

Fransanın dövlət idarələri ailəni İtaliyaya təhvil vermək istəsələr də, Əliyevlər bu ölkəyə qayıtmaq istəmirlər. Anlayırlar ki, İtaliyaya mövcud qaçqın axınında orada sığınacaq almaq şansları minimaldır.

“Biz bu ailə və xüsusən də, məhdud fiziki imkanlara malik Rəşada qarşı qeyri-insanı davranışı qınayırıq. İnsanların problemlərinə fərdi yanaşma yoxdur. Bütün hallara eyni baxış bucağından baxılır”, - humanitar təşkilatda deyiblər.

Ailənin vəkili məhkəməyə müraciət edərək İtaliyaya qaytarılma prosedurunun ləğv edilməsinə çalışsa da, məhkəmə bu iddianı təmin etməyib. Lakin mübarizə davam edir.

Rəşada icazə verilib ki, polis məntəqəsinə hər gün deyil, həftədə bir dəfə gəlsin, lakin vəkil bunla razı deyil. “Onunla birlikdə anasına da icazə verilməlidir ki, həftədə bir dəfə gəlsin, çünki Rəşad evdə tək qalmamalıdır”, - ailəni məhkəmədə təmsil edən və ümidlərinmi itirməyən vəkil bildirib.

Xəbər 1228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +