Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


11.04.2017  12:23 

I mərhələnin nəticələri açıqlandı





A+  A-

Dövlət İmtahan Mərkəzi baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.
DİM-dən XəzərNews.az-a verilən məlumatda bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1077 namizəddən 11 nəfəri imtahana gəlməyib. 1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 664 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.
Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan 83 bal olub.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi iyulun 5-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Xəbər 1669 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +