Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov


07.08.2018  17:34 

Elnur müğənnilərin geyimindən danışdı: “Zövqsüzdür“





A+  A-

Stilist Elnur Həsənov müğənnilərin geyimlərini şərh edib.
XəzərNews.az-ın məlumatına görə, "Xəzər maqazin"ə açıqlama verən stilist əvvəlcə müğənni Elnarə Xəlilovadan danışıb. O, ifaçı haqqında deyilən "zövqsüzdür" sözlərinə münasibət bildirib:

"Ailə qurmazdan əvvəl övladları yox idi. Ən dəbli idi, səhnələri dağıdırdı. Əgər bir insan zövqlüdürsə, tendensiyanın arxasınca gedibsə, haqqı yoxdur bu gün tamaşaçıların qabağına zövqsüz çıxıb, göz korlamağa. Səhnə rahatçılığı sevir, risk tələb edir. Bəlkə də, zövqsüz deyə bilərəm. Amma insana bu formada rahatdır. Hansısa layihədə də belə görəcəmsə, onda zövqsüz deyəcəm. Onu illər əvvəl, prodakşında çalışdığı vaxtlarda fərqli üslubda görmüşük. İndi ana olub, bəlkə başı uşaqlara qarışıb".

Aşıq Telli Borçalıdan danışan Elnur ona məsləhət verib:

“Telli Borçalı stilistə müraciət etməlidir. Məncə etsə, zövqsüz olmaz. İnsanı yönləndirsən, ətrafında yaxşı insanlar olsa, düzələr. Onu səhnəyə çıxan gündən uzun libasda gördük. Daha fərqlisini edə bilər. Dərisi çox parlaqdır. Bir az təbii makiyaj edilsə, zövqlü görünəcək”.

Həsənov əməkdar artist Elza Seyidcahanın tərzini qınayanlara etiraz edib:

“Onun tərzi var. Nə və necə geyindi fərq etmir. Yaxşı və ya pis mənada gündəm yaradırsa, demək, tərzi var. Niyə bu gün Bülənt Ərsoyu görəndə bəyənirik, stilinə təəccüblənirik? Qadının öz tərzi var. Bir gün başına qəlyan qoymasın qınadılar, bir gün başqa şeyi. Bunu düşünür, tapır, niyə pislənməlidir?”.

Xəbər 1767 dəfə oxunub.




08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +