Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


13.07.2022  16:36 

Büdcə pullarını kim hara daşıyır?





A+  A-

Ciddi iqtisadi geriləmələri, əhalinin kütləvi kasıblaşmasını qlobal böhranla əlaqələndirərək etirazçı elektoratı nəzarətdə saxlamaq daha işə yaramır. Sosial gərginlik çox sürətlə pikə yaxınlaşır. Durumu ağırlaşdıran məqamlar çoxdur.

Bir zamanlar büdcədən oğurlanan neft pulları sayəsində Azərbaycanda tikinti bumu yaşandı. Bölgələr Bakıya axışdı, yaşayış binaları, özəl mülklər, obyektlər tikildi, yüz minlərlə insan tikinti sektoru sayəsində yaşadı, güzəranını qurdu. Tikilən binalarda minlərlə xidmət obyekti yaradıldı, tikintidə çalışanların övladları da o sektorda iş tapdılar, ayaq üstə dayana bildilər. Pandemiya xidmət sektoruna ağır zərbə vurdu. İş yerləri bağlandı, kiçik və orta biznes duruş gətirə bilmədi, on minlərlə insan işsiz-gücüzdür hələ də.

Biz dəfələrlə, bəlkə milyon kərə demişik ki, hakimiyyət mənsubları, onların çevrələri ölkə sərvətlərini talayıb xaricə daşıyırlar. İndi bu proses lap sürətlənib. Minlərlə insan Azərbaycandakı pulunu, əmlakını kənara daşımaqla məşğuldur. Hərə öz çapında girişib bu işə. Birja aktivləri alan da var, Türkiyədə otel, mənzil, Asiya və Avropanın müxtəlif ölkələrində obyekt, mülk alan da, hətta çökən Rusiyada istixana biznesinə girişən də. Pulu olan qaçır. Harasa… Bilinməz olsa da qaçır. “Təki sabahı qaranlıq olan Azərbaycan iqtisadiyyatından uzaqlaşım” düşüncəsi ilə. Getdikləri yerdə uğurlu olma faizi 20-dən çox deyil. Avropa iri pullara bir səbəb tapıb əl qoymağı sevir, digər ölkələrin iqtisadiyyatı dayanıqlı deyil - riskləri hesablamaq üçün onlarda beyin nə gəzir, sıradan büdcə oğrularıdırlar.

Bu sərvət axışı son dərəcə təhlükəli durum yaradır. Kütləvi işsizlər ordusu kütləvi narazılıqlar, narazıların kənar qüvvələr tərəfindən ələ alınması üçün münbit şərait deməkdir. Hakimiyyət bu 30 ildə ideoloji gücü olan vətəndaş yetişdirməyib ki, ac vaxtında ona uzanan əlin arxasında dayanan qüvvənin kimliyini anlamaq iqtidarında olsun. Kim çörək uzatsa, alacaq və o ələ xidmət edəcək. Çünki çarəsizdir.

Azərbaycanın təhlükəsizliyini təhdid edirlər. Hakimiyyətin bu təhdidləri önləmək üçün çox az zamanı qalıb. Konkret şəxslərə deyil, Azərbaycan dövlətinə biət edənləri görəvə gətirmək gərəkdir. Monopoliyanı, rüşvəti dərhal yığışdırmaq, kiçik və orta biznesə yol açmaq lazımdır. Əhaliyə imkan vermək gərəkdir ki, özü yaşamağın yollarını tapa bilsin. Axı, necə olur, azərbaycanlı ABŞ-dan Avropaya, Rusiyadan Çinə qədər iş qura, yaşaya, inkişaf edə bilir, Vətəndə isə aclıq və çarəsizlikdən boğulur?

Azərbaycan Bakının mərkəzindən ibarət deyil. 3-5 prospektin işığı daha vətəndaşın səfil halını gizlədə bilmir.

Aygün Muradxanlı

Xəbər 1490 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +