Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


08.02.2017  13:34 

Mənsum İbrahimovdan Canəli Əkbərova sərt CAVAB: “Mənəviyyatını göstərir”





A+  A-


Xalq artisti Mənsum İbrahimov həmkarı Canəli Əkbərovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

XəzərNews.az-ın məlumatına görə, M.İbrahimov Modern.az-a açıqlamasında deyib ki, indiyədək Canəli Əkbərova qarşı ən kiçik hörmətsizlik belə, etməyib:

“Biz münsiflər olaraq - Arif Babayev, Səkinə İsmayılova, Əlibaba Məmmədov, Sərdar Fərəcov sadəcə fikir bildirmişik. Biz nə onu təhqir etmişik, nə də artıq söz demişik. Biz ümumi olaraq Canəli Əkbərovun qeyri-obyektiv olduğunu demişik. Axı həm də münsifi biz seçmirik. Mən indiyədək 5 müsabiqədə münsif olmuşam. Bu müsabiqəyə məni Heydər Əliyev Fondu dəvət edib. Mən özbaşına orada münsif olmamışam. Bu da işlərim, xidmətlərim sayəsində baş verib”.

Mənsum İbrahimov Canəli Əkbərovun sərgilədiyi davranışı onun mənəviyyatının göstəricisi kimi dəyərləndirib:

“İşlətdiyi təhqiramiz ifadələri Canəli Əkbərova yaraşdırmadım. Nə insan, nə də xalq artisti olaraq. Onun barəsində təhqirlər işlətdiyi insanlar ömürlərini sənətə həsr ediblər. Mən hesab edirəm ki, o, yaşlı adamdır və əsəbləri yerində deyil. Çünki dediklərinə başqa cür anlam verə bilmirəm. Sadəcə ayıbdır. Qaldı ki, etdiyi təhqirlərə, bu, onun mənəviyyatının göstəricisidir. Əlavə də nəsə demək istəmirəm. Heç vaxt da onun barəsində təhqir işlətməmişəm. İndi də işlətməyəcəm”.

M.İbrahimov, C.Əkbərovun onun hərbi xidmətdən yayınması ilə bağlı fikirlərini absurd adlandırıb:

“Biz yeddi qardaşıq. 3 qardaşım Qarabağ əlilidir, 3 qardaşım da Qarabağ veteranıdır. Mən özüm hər ay cəbhə bölgəsindəyəm. “Aprel döyüşləri”nin səhəri günü mən Ağdamdaydım. Mən cəbhədən qaçan adam deyiləm. Mənim valideynlərim, yaxınlarım cəbhə bölgəsində yaşayırlar. Bundan başqa, xalq hamını yaxşı tanıyır. Mən heç vaxt qalmaqala qarışmamışam, sənətimlə məşğul olmuşam. Mənim müəllimliyim, opera sahəsindəki fəaliyyətim də göz qabağındadır”.

Azərbaycanda neçə illərdir keçirilən Muğam televiziya müsabiqəsinə yenidən start verilib.  Amma budəfəki müsabiqənin münsiflər heyətilə bağlı mübahisəli məqam yaranıb.

Belə ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba  Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək.

Qeyd edək ki, mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən Muğam televiziya müsabiqəsinin münsiflər heyətində bir yer boşalıb.

Canəli Əkbərov Modern.az saytı və “Qafqazinfo”ya müsahibələrində Mənsum İbrahimov haqqında xoşagəlməz ifadələr işlədib. O, Mənsum İbrahimovu hərbi xidmətdən yayınmaqda da ittiham edib.

 



Xəbər 1335 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +