Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


05.07.2019  12:56 

DİM xəbərdarlıq etdi - Abituriyentləri belə aldadırlar





A+  A-

Son günlər yenidən “Facebook” və “Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifələr yaradılıb.
XəzərNews.az-a daxil olan məlumata görə, bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, ixtisas seçimi, müxtəlif hazırlıq kurslarının reklamı, dövlət qulluğuna qəbul, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir.

Belə səhifə idarəçiləri müəyyən ödəniş müqabilində istifadəçilərə müxtəlif xidmətlər təklif edirlər, öz əlaqə nömrələrini vətəndaşlara verirlər. Bundan sonra zəng edən vətəndaşların “şəxsi kabinet”lərinin parolunu əldə edir və onu dəyişirlər. Daha sonra isə həmin vətəndaşlarla əlaqə saxlayıb “şəxsi kabinet”in yeni parolunu vermək üçün müəyyən ödəniş tələb edirlər.

Bundan əlavə, bu tip şəxslər sosial şəbəkələrdə imtahanlarda iştirak etmək istəyənlərə yazırlar və ödəniş müqabilində qeydiyyatdan keçirməyi təklif edirlər. Lakin heç bir qeydiyyat etmirlər və bu abituriyentlər qeydiyyatdan keçmədiyi üçün imtahanda iştirak edə bilmirlər.

Belə səhifə, qrup və şəxslər istifadəçiləri aldatmaq üçün öz səhifələrinin “profil” şəkli və “cover” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə edir, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. Qaydaları dəqiq bilmədikləri üçün istifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək.

Sosial şəbəkə istifadəçilərinə daha da diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta səhifə və qruplara üzv olmamağı tövsiyə edirik. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinə məxsus yalnız aşağıdakı səhifələr fəaliyyət göstərir:

Xəbər 1255 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +