Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


22.11.2017  18:23 

“Banklara zəng edib yalvarırıq” - Millət vəkili





A+  A-

Millət vəkili Qənirə Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb.
XəzərNews.az xəbər verir ki, deputat vətəndaşlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib:
"Devalvasiya vətəndaşlarımıza da ciddi ziyan vurdu. Dollarla kredit götürən bir çox sadə vətəndaşların kreditlərinin qatyatarılmasında ciddi problemlər yaranıb. Vaxtında kreditlərini qaytara bilməyən vətəndaşların girov olaraq evlərini qoyduqları üçün banklar borcun qaytarılması üçün məhkəmə yolu ilə evlərin satılması məsələsini irəli sürür . Artıq neçənci dəfədir ki banklara zəng edib seçicilərimizlə bağlı az qala yalvarırq ki nə olar vətəndaşa verilən vaxtı uzadın, yavaş-yavaş ödəsin, çünki evləri satılarsa, bütün bir ailə çöldə qalacaq. Belə halların artması cəmiyyətdə sosial gərginliyi də artıra bilər. Qazaxıstan devalvasiyadan sonra belə bir addım atdı ki, dövlət banklara, banklar da vətəndaşlara borcun ödənilməsi üçün zaman verdi.Hökumətimizdəbn xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu məsələ ilə bağlı danışdlm. Bilmək istərdim ki, bizdə də Qazaxıstan kimi bu təcrübədən istifadə edə bilərikmi. Bu məsələnin çoxlu sayda ailəni narahat etydiyini nəzərə alaraq hesab edirəm ki, bu istiqamətdə vətəndaşlarımıza bu problemlərin həllində dəstək olmalıyıq. Dollarla kredit götürən sadə vətəndaşlar onların qaytarılmasında ciddi problemlə üzləşiblər və hesab edirəm ki, hökumət onlara dəstək istiqamətində müvafiq addımlar atmalıdır və müvafiq qurumları buna çağırıram".

Xəbər 1373 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +