Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


19.09.2017  20:34 

Natavan Dado ilə reklam üçün evlənib?





A+  A-

“Bir yerdə gəzməyə çıxırıq. Məclislərə də birlikdə gedirik. Ailə qurduqdan sonra harasa getmək mənim üçün daha maraqlı olub”.
XəzərNews.az-ın Lent.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi ARB Ulduz-un "Şou məkan" verilişində deyib.

Sənətçi və həyat yoldaşı, reper Səid Əliyev (Dado) evliliklərinin saxta olması ilə bağlı söz-söhbətə münasibət bildiriblər:

“Yalan xəbərlər yayırlar. Çünki məndən eşitmədikləri, xəbər almadıqları yerdə məlumatı bu qədər insanın öhdəsinə buraxmaq səhv addımdır. Qınayıram, olmaz. Əgər belə bir şey varsa, bunu mən deməliydim. Yalançı jurnalistlər kimi tanındılar həmin insanlar. Bu qədər ciddi mövzuda bu cür hərəkət etmək olmazdı.

Heç kimə cavab verməyəcəm. Kim necə fikirləşmək istəyir, dünyanı necə görür, elə də görəcək. Kim səni yaxşı görmək istəyirsə, yaxşı görəcək. Allah hər kəsin ürəyinə görə versin. Bizim haqqımızda kim nə düşünürsə, o, onun şəksi fikridir. Məni qətiyyən maraqlandırmır. Mən özümü və həyat yoldaşımı yaxşı tanıyıram.

O, reperdir. Onun qatıldığı tədbirlər, ifa etdikləri, onun olduğu məkanlar tamam ayrıdır, mənimki tamam ayrı. Nə mən onun sənətinə müdaxilə edirəm, ya da edə bilərəm, nə də o, məndə hansısa səhv gördü ki, onu düzəltsin. Çünki hər şey illərdir öz yolu ilə gedir”.

S.Əliyev evliliklərinin reklam olmadığını söyləyib: “Natavan çox tələbkardır. Çox təmizkardır. Biri var təmizkar, biri də var çox təmizkardır. Bu evlilikdə reklamlıq bir şey yoxdur. Natavanın reklama ehtiyacı yoxdur. Bu, reklam üçün edilə bilməzdi. Ağlı başında olan adam bunu anlayar”.

Xəbər 1365 dəfə oxunub.




17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +