Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ


28.03.2022  10:07 

Ayaz Mütəllibov harada dəfn olunacaq?





A+  A-

Mərhum eks-prezident Ayaz Mütəllibovun ailəsi dəfn yeri ilə bağlı qərar gözləyir.

XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ayaz Mütəlllibovun keçmiş silahdaşı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə məlumat verib.

O bildirib ki, eks-prezidentin harada dəfn ediləcəyi hələlik məlum deyil:

"Vida mərasimi və dəfn bu gün keçiriləcək. Lakin yeri və zamanı hələlik bilinmir. Ailəsi qərar verilməsini gözləyir".

Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov dünən gecə 84 yaşında dünyasını dəyişib.

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il martın 6-da vəzifəsindən istefa verib. O vaxtdan 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə Azərbaycana qayıdıb.

Xəbər 2300 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +