İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


08.12.2022  13:41 

Sabir Rüstəmxanlıdan Əlisa Nicat üçün…





A+  A-

XəzərNews.az Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının 2012-ci ildə Əlisa Nicat haqqında yazdığı yazını olduğu kimi təqdim edir.

Özü görünənlərlə sözü görünənlər, özü yaşayanlarla sözü yaşayanlar, özünü sözünə qurban verənlər haqqında düşünündə ilkin yadıma düşənlərdən biri çağdaş ədəbiyyatımızın və ictimai fikrimizin görkəmli nümayəndəsi Əlisa Nicat oldu. Əlisa Nicat cavan yaşlarından üzündə qeyri-adi bir işıq, təbəssüm, əlində iri bir çanta Bakı küçələrində dolaşanda bizim aramızda deyildi, ya uzaq türk tarixində, ya qədim dünya fəlsəfəsində, ya xalqların taleyini yönəldən sirlərin labirintində, ya Xətai sehrində, ya da Vazeh taleyinin ağrısındaydı. Bir əyalət ziyalısı anlayışıyla qətiyyən uyuşmayan bir genişlikdə qanad çalır, xırda maraqlara, ehtiraslara uymadan minillərin havasına köklənmiş böyük fikir və fəlsəfə meyarlarıyla düşünür və yaşayırdı… Hər dəfə görüşəndə Lənkəranda necə topladığı indi də mənə qaranlıq olan nadir kitablarından misallar çəkər, bəzi yazıların surətini çıxarıb verər, dünyanın böyük elm və yaradıcılıq örnəklərindən söz açar, tarix fəlsəfəsi mövzusunda ən maraqlı müsahibə çevrilər, öz bilgi və bəlgələrini həvəslə bölüşərdi.

Bu baxımdan o cavan yaşlarından yetkinləşib; öz dünyası var, bu dünyadan kənarda, xırda adamlar arasında darıxar, gündəlik işlərini görüb qurtaran kimi, tələsik öz aləminə qayıdardı. Çox-çox sonralar bəlli oldu ki, ev qayğısı, məişət sıxıntıları içində onu şax saxlayan elə bu imiş. Çünki Əlisa Nicatın daimi dostları və qonaqları vardır. Bunlar sonralar sanballı kitablarda oxucularımıza təqdim etdiyi dünya filosofları, dünyanın və Azərbaycanın dahi insanlarıdır. Mirzə Şəfi Vazeh, Şah İsmayıl Xətai haqqında gözəl tarixi romanları yaza-yaza həm də yer üzünün ən böyük fikir sahiblərinin həyat və yaradıcılığını öyrənib, araşdırıb dilimizdə ensiklopedik nəşrlər hazırlamaq son dərəcə çətin, böyük qüvvə tələb edən bir işdir.

Əlisa Nicat zərif ruhlu bir şairdir. Yaradıcılığa lirik şerlərlə başlayıb. Bu lirik üsluba bu günə qədər sadiqdir. Lakin illər keçdikcə bu lirikaya böyük fəlsəfi ümumiləşdirmə qabiliyyəti, essee hikməti, ictimai təhlil gücü və kəsəri qarışıb.

Nə qədər sakit, təmkinli görünsə də, iddəasız başıaşağı gəzib dolansa da onun gözündən cəmiyyətin heç bir dərdli, qüsuru, haqsızlığı yayınmır. Bu cəhətdən Əlisa Nicatın povestləri yaradıcılığında və ictimai-siyasi fikrimizdə xüsusi bir hadisədir və onun fəal vətəndaş mövqeyinin, böyük yurdsevərlik duyğusunun, daim haqqın, ədalətin yanında dayanan, xalqın taleyini düşünən ziyalı prinsipiallığının nümunəsidir.

Əlisa Nicat çörəyini halallıqla qazanan, zəhmətindən başqa heç nəyə və heç kimə güvənməyən, arı kimi çalışqan, ən yüksək mənəvi dəyərlərə sahib parlaq bir şəxsiyyətdir.

Özünün də, sözünün də onu yetişdirən dağların insanları kimi uzun ömürlü olacağına inanır və yoluna aydınlıq, ürəyinə təpər arzulayıram.

Sabir Rüstəmxanlı

Xəbər 1132 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +