İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar


06.07.2017  12:45 

Əsgərliyi bitirib evə gəlirdilər... - 3 nəfər öldü + Yenilənib





A+  A-

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
XəzərNews.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 00:29-da başa çatıb.

***

Gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

XəzərNews.az “Report”a istinadən xəbər verir ki, "99-AU-738" dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik maşınının hərəkətdə olarkən "01-AD-145" dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Lakin sonradan yaralılardan biri də xəstəxanada dünyasını dəyişib. Sözügedən şəxslər hərbi xidmət müddəti başa çatmış şəxsi evinə gətirirlərmiş. Ölənlər arasında həmin əsgərin olub-olmadığı hələ ki, məlum deyil.

Xəbər 1813 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +