Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


13.02.2017  16:10 

“28 May”dan Lökbatana yeni marşrut xətti açılır





A+  A-


Bakı Nəqliyyat Agentliyi (BNA) 7 saylı marşrut xəttinin bağlanmasının səbəbini açıqlayıb.

XəzərNews.az-ın məlumatına görə, BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib ki, sözügedən marşrut xətti 90 və 93 saylı marşrut xətləri ilə üst-üstə düşdüyü və marşrut xətləri təkrarlandığı üçün qurum bu xəttin bağlanmasını məqsədəuyğun bilib. M.Abbasov həmçinin Bakıda bir neçə marşurut xəttinin bağlanacağını və bunun nəqliyyatın optimallaşdırılması çərçivəsində aparılacağını bildirib: “Bakı şəhərində 158 sayda marşurut xətti, 58 daşıyıcı şirkət fəaliyyət göstərir. Aparılan təhlillər göstərir ki, bir neçə marşurut xəttinin təkrarlanması və üstə-üstə düşməsi halları var”.

O qeyd edib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində mütəmadi olaraq Agentlik tərəfindən təhlillər aparılır. Qanunvericilikdə nəzərdə tutulan normativ aktların və standartların tələbləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən görülən təkmilləşdirmə işlərində vətəndaşlardan daxil olan yazılı və şifahi müraciətlər (şikayət, təklif) də nəzərə alınır. Xüsusilə şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəzi küçə və prospektləri ilə əlaqələndirilməsi, sərnişinlərin rahatlığının, təhlükəsizliyinin təmin edilməsi, bu sahədə yüksək xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi prioritet məqsəd olaraq qarşıya qoyulub:

“Sadalanan halları nəzərə alaraq, BNA tərəfindən "28 May" metrostansiyasından "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində 125 saylı marşrut xəttinin təşkil edilməsi və müvafiq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib. Yeni marşrut xətti aşağıda qeyd olunan səbəblər əsasında təşkil ediləcək.

"28 May" metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin gediş-gəliş vaxtının və ödəniş məbləğlərinin azaldılması, metro xidmətlərindən istifadə edən sakinlərin şəhərətrafı sənaye, ticarət və digər müəssisələrlə birbaşa əlaqələndirilməsi, "28 May" metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiq edilməsi, "Nəqliyyat Mübadilə Mərkəzi" konsepsiyasına uyğun olaraq marşrutlarla əlaqələndirilməsi və qeyd olunan istiqamətdə hərəkət edəcək yeni avtobusların sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadəyə verilməsi eyni zamanda bu istiqamətdə iritutumlu avtobusların istismar edilməsi ilə digər sərnişin avtonəqliyyat vasitələrinin sayının azaldılması və tıxacların aradan qaldırılmasıdır”.

Baş direktorun müşaviri həmçinin qeyd edib ki, istifadəyə veriləcək yeni marşrut xəttinin təşkil olunmasını daşıyıcı şirkətlər üçün müsabiqəyə çıxarıb: “Müsabiqə 30 gün müddətində davam edəcək. Həmin müddətdən sonra komissiya qərarını açıqlayacaq. Bütün daşıyıcılar tenderdə iştirak edə bilər. Sahibkarlar qarşısında qoyulan başlıca tələblər istehsalat bazasının son standartlara cavab verməsi və sürücü bazasının olmasıdır”.

Qeyd edək ki, bundan sonra yaradılacaq yeni marşrut xətlərinin istifadəsi müsabiqə yolu ilə sahibkarlara veriləcək.



Xəbər 1198 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +