Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


25.06.2019  11:56 

Bakıda tələbələr imtahan cavablarını oğurladı - Nəticələr ləğv olundu





A+  A-

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ)​ bir qrup tələbə imtahan sisteminə qanunsuz müdaxilə edib, riyaziyyat və fizika suallarını sistemdən oğurlayıb.
XəzərNews.az xəbər verir ki, iyunun 10-da UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.

Eyni zamanda UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılıb və həqiqətən də bir qrup UFAZ tələbəsinin xüsusi kompüter proqramı vasitəsi ilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə etdiyi müəyyən olunub.

Baş vermiş hadisə ilə bağlı 19 iyun 2019-cu il tarixində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jean-Marc Planeix UFAZ-ın İdarə heyəti ilə birlikdə II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilən yekun imtahan nəticələrinin ləğv edilməsi və 27-28 iyun 2019-cu il tarixlərində təkrar imatahanların keçirilməsinə dair qərar qəbul edib.

Qeyd etmək istərdik ki, hadisə ilə bağlı ADNSU–nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılmış və 21 iyun tarixində 2-ci kurs üzrə təhsil alan bütün tələbələr ilə görüş keçirilib. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir.

Xəbər 1341 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +