Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


21.06.2017  12:46 

Diri-diri basdırılan biznesmenlə bağlı yeni xəbər: “Lotu Quli“nin sifarişi





A+  A-

Moskvada qəbiristanlıqda diri-diri basdırılan azərbaycanlı iş adamı Hikmət Salayevlə bağlı yeni xəbər var.
Salayevi oğurlayıb basdıranlardan 3 nəfəri həbs edilib. Rusiya DİN-in sözçüsü İrina Volkun bildirdiyinə görə, onlardan ikisi Moskvada, bir nəfəri isə Dağıstanda Azərbaycanla sərhəddə saxlanılıb.

İrina Volkun dediyinə görə, ilkin dindirmə zamanı məlum olub ki, Salayev "Lotu Quli"nin sifarişi ilə oğurlanıbmış. Saxlanılanlar ilkin dindirmə zamanı sifarişin məhz "Quli"dən aldıqların etiraf ediblər.

Xatırladaq ki, hadisə bu il iyunun 6-da baş verib. Moskvanın Lyubertsk rayonunda azərbaycanlı iş adamı Hikmət Salayev diri-diri basdırılıb. Məlumatına görə, Salayevin ortaqlarına 30 milyon rubl (təxminən 530 min dollar) borcu varmış. Aylardır vəd etsə də, borcunu qaytarmayan Hikməti şərikləri Lyubertsk rayon qəbiristanlığına görüşə çağırıblar. Borcu ala bilməyəcəklərini görən şəriklər onu diri-diri, özü də mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar. Amma Salayev qardaşı İsmayıla zəng etməyə imkan tapıb. İsmayıl onlara 1 milyon 200 min rubl və özünün BMW-535 markalı avtomobilini verib. Bundan sonra borc yiyələri onun yerini qardaşına göstəriblər. Hikmət son anda qəbirdən çıxarılıb və xəstəxanaya yerləşdirilib.

(lent.az)

Xəbər 1717 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +