Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


04.04.2017  10:08 

Marketlərdə ciddi ucuzlaşma başlayıb





A+  A-

Fevraldan başlayaraq dolların məzənnə qiymətinin geriləyərək sabitləşməsi aprel ayından başlayaraq qiymətlərin də aşağı düşməsinə səbəb olub.
XəzərNews.az xəbər verir ki, “Marja”nın bu haqda yaydığı xəbərdə bildirilir ki, marketlərdə çay, kofe, tomat, duru yağ, şkolad və s. kimi bir sıra idxal məhsullarının qiymətlərinin aşağı salındığı müşahidə olunur. Məsələn, “Tess” çayının qiyməti 2.07 manatdan 1.55 manata endirilib.

Bir sıra yerli istehsal mallarında da qiymət endirimi olduğu müşahidə edilir. Bu, xammalın və taranın alışının manat ilə ifadədə düşməsilə bağlı ola bilər.

Sayt yazır ki, əgər dolların məzənnəsi sabit qalarsa, qarşıdakı günlərdə bir çox idxal malları ucuzlaşa bilər.

Qeyd edək ki, fevral və mart ayında manat dollar qarşısında təxminən 10% gücələnib.

Fevral ayında iri idxalçılardan biri olan “Veysəloğlu” şirkətlər qrupu bəyan etmişdi ki, “Dolların məzənnəsi yaxın bir ayda enməyə davam edərsə, qiymətlər də düşəcək. Bu, enməkdə olan kursun nə dərəcəsdə sabit qalmasından çox asılıdır”.

Xəbər 1754 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +