İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video


14.10.2021  19:06 

Ceyhun Bayramov Ararat Mirzoyanla görüşdü





A+  A-

Bu gün Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyanla görüşü baş tutub.

XİN-dən XezerNews-a verilən məlumata görə, C.Bayramov beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğumuzu ifadə edib.

Bu xüsusda, Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Həmçinin regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.

Xəbər 1749 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +