Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


08.01.2020  12:05 

“Üçüncü bina bu il təhvil veriləcək” - KİVDF-nin icraçı direktoru





A+  A-

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli uzun illərdən bəri ilk dəfə Modern.az-a müsahibə verib.
XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Vüqar müəllim, jurnalistlərin yaşayışı üçün nəzərdə tutulan üçüncü binanın tikintisi hansı mərhələdədir?

- İşlər sürətlə, plana uyğun, tam qaydasında gedir.

- Yəqin ki, binanın təhvili mətbuat günü ərəfəsində olacaq?

- Yəqin ki, hələ vaxta var. Dəqiq olan budur ki, bina bu il təhvil veriləcək.

- Hazırda 1-ci və 2-ci binanın sakini olan jurnalistlər evpulunun yüksək olması ilə bağlı narazılıqlarını bildirirlər. Hesab edirlər ki, 1 kvadratmetr üçün 50 qəpik çoxdur. Bu baxımdan evpulu məsələsinə yenidən baxıla bilərmi?

- Mən bunu bir neçə dəfə də demişəm, yenə də təkrar edirəm. İnanın onu yazanlar illərdir evpulu verməyənlərdir. Kimisi özündən hesablayır, ağlına gələn rəqəmi səsləndirir. Yığılan pullar xidmət haqlarını ancaq ödəyir. Özləri də gedib araşdıra bilərlər.

Mən bəzi hesablamlar aparmışam, üçüncü bina da istifadəyə veriləndən sonra hər kvadratmetr üçün ödənişləri 50 qəpikdən 30 qəpiyə salmaq olar. Çünki sakinlərin sayı artacaq. Amma inanın yenə də narazılıqlar olacaq. Orada adamlar var ki, 2013-cü ildən bugünə kimi binada yaşayır, amma 1 manat evpulu verməyib, belə də olmaz. Yaxşı, imkanın yoxdur, 1 ay ver, 1 ay yubansın, 2 ay yubansın. Əsas problem ödənişlərin edilməməsidir. Onu da bir qrup insan edir. Mən onlara demişəm ki, yığışıb bir müşahidə şurası yaratsınlar. Kvartalda bir dəfə direktor hesabat versin: nə qədər pul yığılıb, hara xərclənib və s.

Bizim tabeliyimizdə olsa da ora təsərrüfat hesablı müstəqil qurumdur. Biz elə bir sistem qurmuşuq ki, kim isə ordan 1 manat kənarlaşdıra bilməz. Bakıda çox sayda kooperativ binalar var. Görün o binalarda ödəniş zamanı mədaxil orderi verirlərmi? Heç birində verilmir. Ancaq bizdə hamısına ciddi şəkildə mədaxil orderi verilir. Toplanan vəsait binanın özü üçün, xidmətlər üçün xərclənir. Bəs, ümumiyyətlə pul verməmək nə deməkdir? Eyni binanın iki sakinidir, biri evpulunu verir, digəri yox. Sənin o pul verəndən nəyin artıqdır? Ora dövlət mülkiyyətidir, başlı-başına buraxmaq olmaz. Mənzillərin hamısı uçotdadır, biz onu qorumalıyıq. Onlara mənzil verilib, qalan hər şey dövlətin mülkiyyətindədir və biz onları qorumalıyıq.

- Söhbət açılmışkən bir şeyi də soruşum. Həm mənzillərin verildiyi dövrdə, həm də sonralar sosial şəbəkələrdə açılan müzakirələrdə yazılırdı ki, mənzillər ehtiyacı olmayan adamlara verilir. Elə adamlara ki, onlar həmin mənzildə ya yaşamır, ya kirayəyə verib, ya da ümumiyyətlə qapını bağlayıb gedib. Hətta mənzilini satışa çıxaranların olduğu da bildirilir...

- Bu Prezidentin hədiyyəsidir və xidməti olan jurnalistlərə verilib. Bunu biz verməmişik. Bu siyahı komissiya tərəfindən hazırlanıb. Biz kiməsə deyə bilmərik ki, gəl sən bu evdə məcburən yaşa, yaxud evi kirayəyə vermə, satma. O, çıxarışın alıbsa, ev artıq onun şəxsi mülküdür. Artıq ikinci binanın da çıxarışları verilib və sakinlər istədikləri vaxt həmin evi sata bilərlər.

- Əslində bu iddiaların əsasında o dayanır ki, evi olmayanlar kənarda qalıb, bəzi jurnalistlərə ikinci, üçüncü mənzil kimi verilib.

- Birincisi elə bir jurnalist yoxdur ki, onun 3 evi olsun. Ola bilər xidməti olan jurnalistdir, uzun illər işləyib, bir evi var haradasa, birini də Prezident hədiyyə edib. Adamın 20-30 il xidməti qiymətləndirilib, ona görə biz onlara da qadağa qoya bilmərik. Bu, əsassız iddialardır. Bizim gücümüz nəyə çatırsa, onu da edirik. Yenə deyirəm oranın direktoru var, əməkdaşları var. Nə şikayətləri, narazılıqları var birlikdə həll etsinlər. O bina onlarınkıdır. Narazılıq edənlər evpulu verməyənlər, araqarışdıranlardır. Onlara demişəm ki, gedin nəzarət şurası yaradın. Boş-boş danışmaqdansa, iş görmək lazımdır. Mən ona görə şuranın yaradılmasını təklif etmişəm. Şuranın üzvləri tutsun o pul verməyənlərin yaxasından ki, niyə pul vermirsən.

- Vüqar müəllim, KİVDF-nin fəaliyyətilə bağlı bir məqama da aydınlıq gətirmənizi istərdim. Zaman-zaman KİVDF-nin fəaliyyətindən narazılıqlar olur, qəzetlərə maliyyə yardımı ayrılması zamanı düzgün bölgü aparılmadığı bildirilir. Hətta KİVDF-nin ləğv edilməsini təklif edənlər də oldu bu yaxınlarda...

- Kimsə subyektiv fikrini səsləndirirsə, hansısa təklif irəli sürürsə, mən ona nəsə deyə bilmərəm. Bu, onun subyektiv fikridir. Ancaq biləsiniz ki, KİVDF qəzetlərə vəsait ayrılmasında müəyyən kriteriyalara əsaslanır. Biz birinci yarımillik üçün elan etmişik ki, 6 aylıq üçün sənədlərini təqdim etsinlər nə qədər tirajları, yayımları, dövriyyələri olduğuna dair. Bunun əsasında məsələyə baxılır. Bir il əvvəl baş redaktorların da iştirakı ilə böyük iclas keçirildi. 3 kriteriya müəyyənləşdirildi. Kimin 3 min tirajlıq qəzeti var və gündəlik çıxırsa, o birinci kateqoriyaya görə pul alır. İkinci 2500 tirajı, 1500 yayımı olan, həftədə 3 dəfə çıxan qəzetlər ikinci kateqoriyadır. O sənədlər əsasında da vəsait ayrılır. Kimsə deyə bilməz ki, 3 min tiraj 2 min yayımla birinci yox, ikinci kateqoriyaya görə pul alır. Bunların heç bir əsası yoxdur. Kənarda qalan qəzet də yoxdur. 25 qəzet müraciət edib, hamısına da maliyyə ayrılır. Elə bir qəzet yoxdur ki, kriteriyalara cavab versin, müraciət etsin və kənarda qalsın. Varsa, buyurub göstərsinlər.

Xəbər 3677 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +